Daştəpə seçki məntəqəsində bıçaqlanma hadisəsi baş verib (VİDEO)
Marneulinin 52 saylı seçki məntəqəsi olan Daştəpə kəndində bıçaqlanma hadisəsi baş verib. Hadisə məntəqənin həyətində baş verib.
Bu barədə"Avropalı Gürcüstan" partiyasının keçmiş üzvü Mahmud Əliyev "Marneuli" radiosuna məlumat verdi. O, bıçaqlanma hadisəsinin hansı səbəbdən baş verdiyi haqda məlumatının olmadığını deyir.

Aldığımız məlumata görə, bıçaqlanan şəxs "Leboristlər" partiyasının üzvü olub. Məsələ ilə bağlı "Leyboristlər" partiyasının namizədi Əli Bədirovla telefon bağlantısı yaratmağa çalışsaq da, bu mümkün olmadı.

"Aversi" klinikasından "Marneuli" radiosuna verilən məlumata görə, bıçaqlanma hadisəsi ilə bağlı bir nəfər xəstəxanaya gətirilib. Lakin həmin şəxsin kimliyi ilə bağlı məlumat vermirlər.


Print Email
FaceBook Twitter Google