Seçicilərin saat 15:00-a olan göstəriciləri
Marneulidə saat 15:00-a olan göstəricilərə görə, 90 seçki məntəqəsində 28 553 vətəndaş seçkidə iştirak edib.

Bu isə 28,53% təşkil edir. Bu barədə Marneuli 22 saylı Dairə Seçki Komissiyasının sədri Ani İluridze məlumat verib.

“Hazırda göstəricilərimiz belədir, artıq 28 553 vərəndaş seçkidə iştirak edib. Bu isə faiz baxımından 28,53% təşkil edir”- İluridze bildirdi.

Saat 10-a olan göstəricilərə görə, 3 192 nəfər seçkilərdə iştirak edib, bu isə 3,19%, saat 12-yə olan göstəricilərlə 15 498 nəfər seçkidə iştirak edib, bu isə 15,48% təşkil edir.

Marneulidə kovidə yoluxmuş və təcriddə olanlar üçün 91 -ci məntəqə fəaliyyət göstərir. Həmin məntəqədə 49 nəfər qeydiyyatdan keçib.

Print Email
FaceBook Twitter Google