Daştəpə kəndində, 52-ci məntəqədə Leyboristlər partiyasının
təbliğatçısını bıçaqlayıblar.
Məntəqədəki komissiya üzvləri və müşahidəçilər “Marneuli” radiosu
ilə söhəbt zamanı bildirdilər ki, qarşıdurmanın səbəbi onlara məlum
deyil.
“Şəxs seçki məntəqəsində idi, səs verdi və çıxdı. Bir
az sonra eçitdik ki, qarşıdurma olub və şəxs yaralanıb. Bilmirəm
səbəb nədir”, – komissiya sədri bildirdi.
Bıçaqlanmış şəxs Marneuli Aversi klinikasına yerləşdirilib. Biz baş
veermiş hadisə ilə bağlı klinikanın meneceri Manana Kapanadze ilə
danışdıq. Onun sözlərinə görə, Aversiyə biraz əvvəl yaralı şəkildə
bir nəfər gətirilib. Hazırda bıçaqlanmış şəxsin vəziyyəti
stabildir.
Daştəpə kəndində 52-ci məntəqəsə qarşıdurma baş verib,
ekspert-kriminalistlər hadisə yerinə gedib.