66-cı seçki məntəqəsində iki nəfər saxlanılıb
Marneulinin 66-cı seçki məntəqəsində baş vermiş hadisə zamanı iki nəfər: mülki fəal Caba Kamamadze və VMH-ın üzvü Kaxa Kvekveskiri bir az əvvəl polis tərəfindən saxlanılıb.

VMH-ın Marneuli qərargahının rəhbəri Qiorqi Mumladze bildirib ki, onları polisin qarşısında təhqir ediblər.

“Məlumatım var idi ki, 66-cı məntəqədə pozuntu, karusel baş verib. Biz reaksiya göstərmək üçün hadisə yerinə getdik. Təxminən 10 maşın polis gəldi, gün ərzində bizi, VMH-ın və “Gürcüstan naminə hərəkat”-ın üzvlərini təqib edirlər. Təxribat qurublar, üç nəfər gəldi və bizi təhqir etdi. Bu polis rəhbərinin qarşısında baş verirdi və sonra sanki biz günahkarlq deyə iki nəfər üzvümüzü saxladılar. Bu çirkin təxribatdır və bunu Zaur Darğallı edir ki, guya mən burada təxribat həyata keçirirəm” –
Mumladze bildirdi.

VMH-ın Marneuli qərargahının rəhbəri Qiorqi Mumladzenin sözlərinə görə, hər iki saxlanılan şəxs hələ də polis binasında qalmaqdadır.

"Marneuli" Radiosu
Print