Təxribat müxalifətə əl verir. Çünki onlar məğlub olduqlarını bilirlər – Zaur Darğallı seçkilər barədə
Parlamentin Marneuli və Qardabanidən majoritar deputatı Zaur Darğallı seçkilərdə qalib olacaqlarını bildirdi. O, "Marneuli" radiosu ilə söhbəti zamanı seçkilərin şəffaf qaydada keçirildiyini qeyd etdi.

Darğallının sözlərinə görə, seçkilərdə müxalifət partiyaları qayda pozuntularına yol verib  və təxribat yaradıblar. 

"Seçkilər çox rahat mühitdə keçirildi. Amma gözlənildiyi kimi Milli Hərəkat, müxalifət tərəfindən provakasiyalara yol verildi. Onlar hər zaman Marneulini öz provakasiyalarının mərkəzi olaraq seçirlər. Onlar müxtəlif məntəqələrdə əvvəlcədən hazırlayaraq müxtəlif provakasiyalar həyata keçirdilər. Amma buna baxmayaraq biz çox rahat şəkildə seçkiləri keçirdik. Bizim bütün aktivistlərimiz, tərəfdaşlarımız bilirdi ki, seçkilərrahat mühitdə keçirilməlidir. Biz bu seçkilərdə qalibik. Provokasiya müxalifətə əl verir. Çünki onlar məğlub olduqlarını bilirlər."


Qeyd edək ki, bu gün, 2 oktyabr tarixində Gürcüstanda yerli özünüidarə seçkiləri keçirildi. Marneulidə 91 seçki məntəqəsi var.


Print Email
FaceBook Twitter Google