Marneulidə, 65-ci məntəqədə müxalifətə verilmiş səsləri xarab edirlər - müşahidəçi
Sosial Ədalət Mərkəzinin nümayəndəsi və Marnulidə özünüidarə seçkilərində təşkilat adından müşahidəçi Eka Kobesaşvili öz "Facebook" səhifəsində paylaşım edib. Müşahidəçi bildirir ki, Marneulidə, 65-ci seçki məntəqəsində komissiy üzvləri müxalifətə verilmiş səsləri xarab edirlər.

"Mənim müşahidəçi olaraq iştirak etdiyim müddətdə o qədər pozuntu gördüm ki, düşünürdüm heç nə məni təəccübləndirməz. Bu məsələ bütün qayda pozuntularını aşdı. Mən belə şey görməmişdim. Marneuli 22 saylı dairənin məntəqəsində bu qədər müşahidəçi komissiya üzvlərinin başının üstündə durur və müxalifətin dairəyə alındığı bülletenləri xarab edirlər, zibilə atırlar. Zibildən təxminən, 50 bülleten çıxardım", - Ədalət Mərkəzinin nümayəndəsi yazır.



Məntəqədə səslərin sayılma proseduru aparılırdı və bu paylaşımdan sonra hadisə yerinə polis gedib.

Print Email
FaceBook Twitter Google