83-cü məntəqədə baş vermiş qarşıdurmda "Qirçi" partiyasının üzvünün vəziyyəti orta ağırdır
Qızılhacılı kəndində, 83-cü seçki məntəqəsində səsvermə proseduru başa çatmamışdan təxminən bir saat əvvəl mübahisə baş verib. Hadisə yerində verilmiş məlumata görə, "Qirçi" partiysının tərəfdaşı, İrakli Kveldzeyə qarşı zorakılıq həyata keçirilib. Məlumata görə, İrakli Kveladzeyə səhv yerləşdirilmiş şəxsiyyət vəsiqələrini gördükdən sonra zorakılıq göstəriblər.

Hadisə nəticəsində təcili yardım briqadası Kveladzeni xəstəxanaya yerləşdirib. "Aversi" klinikasının həkimi Nino Qoqidze "Marneuli" radiosi ilə söhbəti zamanı bildirdi ki, Kveladzenin vəziyyəti orta ağırdır.

"22 yaşlı kişi təcili yardım briqadası tərəfindən xəstəxanaya gətirildi. Onun sözlərinə görə, naməlum şəxslər ona hücum edib. Kliniki-laboratoriya müayinələri nəticəsində ona baş beyinğ silkələnməsi diaqnozu qoyulub və nevroloji şöbədə müalicəsini davam etdirir. Onun vəziyyəti orta ağırdır", - "Aversi" klinikasından bildirdilər.

Qızılhacılı, 83-cü seçki məntəqəsinin sədri bildirdi ki, mübahisə anlaşılmzlıqdan baş verib.

Print Email
FaceBook Twitter Google