Gürcüstanda 20 şəhərdə mer seçkilərinin ikinci mərhələsi keçiriləcək
Paytaxt Tbilisi daxil olmaqla, azı 20 şəhərdə mer seçkilərin ikinci mərhələsi keçiriləcək.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, bu şəhərlərdə namizədlərin heç biri birinci turda qələbə üçün yetərli səs toplaya bilməyib.

Seçki qanunvericiliyinə əsasən, birinci turda mer postuna seçilmək üçün namizədlərin hər hansı biri səslərin 50 faizindən çoxunu toplamalıdır.

Bu, səsvermə bülletenlərinin təxminən 40 %-nin hesablanmasından sonra məlum olub.

İlkin məlumatlara əsasən, hakim Gürcü Arzusu Partiyası 64 şəhərin yalnız 44-də səs çoxluğu qazanıb.

Gürcüstan qanunvericiliyinə əsasən, seçkilərin II mərhələsi I mərhələdən 4 həftə sonra şənbə günü – oktyabrın 30-da keçiriləcək.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google