Kənan Ömərov 68,01%, Eldar Mustafayev 28,11%, Əhməd İmamquliyev 3,88% - Marneulidə mer seçkilərinin nəticələri
Mərkəzi Seçki Komissiyası Marneulidə yerli özünüidarə seçkilərinin nəticələrini yayımlayıb. Nəticələrə əsasən, Marneuli meri “Gürcü Arzusu”-nun namizədi Kənan Ömərov olub.

Ömərov yerli özünüidarə seçkilərində 31 565 səs toplayıb. Bu isə seçkidə iştirak etmiş seçicilərin 68,01%-dir.

İkinci yerdə səslərin 28,11%-i ilə “Vahid Milli Hərəkat”-ın Marneuli meri vəzifəsinə namizədi Eldar Mustafayevdir. Onu 13 047 seçici dəstəkləyib.

“Avropalı Gürcüstan”-ın Marneuli meri vəzifəsinə namizədi Əhməd İmamquliyev isə 1 800 səs toplayıb və bu seçicilərin 3,88% deməkdir.

Müxalifət partiyaları Marneulidə keçirilmiş seçkiləri mənfi dəyərləndiriblər. Onları bildiriblər ki, “Gürcü Arzusu” bütün məntəqələrdə səsləri saxtalaşdıraraq, seçiciləri alaraq, zorakılıq və seçicilərin hədələnməsi yolu ilə qələbə çalıb.

“Gürcü Arzusu” isə bildirir ki, Marneulidə seçkilər sakit rejimdə keçib.

Print Email
FaceBook Twitter Google