Gürcüstanda yerli seçkilər cəmiyyətdəki siyasi böhran və qütbləşmə
fonunda sakit keçib.
Bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun
(DTİHB) müşahidə missiyasının rəhbəri Albert Conson bildirib.
"Seçkilər siyasi böhran və aydın qütbləşmə fonunda baş
tutdu. Namizədlər ittihamlar və təhdidlər fonunda rəqabət mühitində
iştirak edə bildilər", - Conson qeyd edib.
Onun sözlərinə görə, seçki məntəqələrində bəzi xoşagəlməz hallar
olub.
Daha əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi seçki günü açılmış 16
cinayət işinin araşdırılması barədə məlumat yayıb.
Gürcüstan MSK-nın məlumatına görə, səslərin 99,92 %-i sayılıb,
hakim "Gürcü Arzusu" partiyası yerli özünüidarə orqanlarına
keçirilən seçkilərdə 46,5 %, keçmiş prezident Mixail Saakaşvilinin
Vahid Milli Hərəkat Partiyası 30,7 % səs yığıb.
Mənbə: report.az