Amerika Birləşmiş Ştatlarının Səfirliyi 2 oktyabr seçkiləri ilə bağlı bəyanat yayıb
Açıqlamaya görə, koronavirus pandemiyasına baxmayaraq yüksək seçici fəallığı, Gürcüstan xalqının demokratiyaya və Gürcüstanın Avroatlantik yoluna güclü sədaətini ifadə edir.

" OSCE/ATƏT-in seçkini texniki cəhətdən yaxşı qiymətləndirdiyini, lakin [seçki] mühiti hədə-qorxu, səs alqı-satqısı, namizədlərə və seçicilərə təzyiqlər, pis davranışlar və yersiz istifadədən şikayətlərin geniş yayılması ilə pozulduğunu qeyd etmək istəyirik . Həmçinin qütbləşmiş mətbuat mühiti, əhəmiyyətli resurs disbalansı, kampaniya maliyyəsinə kifayət qədər nəzarət edilməməsi, kampaniyada qadınların az təmsil olunması, inzibati resurslardan sui-istifadə və jurnalistlərə təzyiq kimi mövzularda ATƏT-in narahatğını paylaşırıq", - deyə Səfirlik məlumat verib.

Bəyanata görə, səfirlik, seçki kampaniyası dövründə və seçki günü ictimaiyyətə sağlam və balanslaşdırılmış qiymətləndirmə və etibarlı məlumatlar təqdim etmələri üçün, xüsusilə də" ISFED", "GYLA", "Çoxmillətli Gürcüstan" və "Beynəlxalq Şəffaflıq" kimi yerli seçki müşahidəçilərini qiymətləndirib.

"Bu hörmətli yerli Qeyri-hökumət təşkilatlarının seçki müşahidələrində maneələrlə qarşılaşdıqları barədə məlumatlar bizi narahat edir."

Səfirlikdən verilən məlumata görə, dövlət və partiya mənbələri arasındakı pozulmuş sərhəd dərin narahatlıq yaradır.

“İnzibati resurslardan sui-istifadə ilə bağlı vacib məlumatlar seçkilərin ümumi ədalətliliyini şübhə altına alıb. Əldə olunan məlumata görə bir çox şəhər və kəndlərdə müəllimlərə, hüquq-mühafizə orqanlarına və ictimai sektor işçilərinə edilən təzyiqlərlə bağlı əldə seçki günü sərbəst seçimlərini ifadə etmələrinə mane oldu. Gürcüstan seçkilərində bu cür pozuntular tez-tez baş verir ki, bu da Gürcüstanın Avroatlantik idealları ilə tamamilə uyğun gəlmir", - deyə Bəyanatda qeyd edilib.

Səfirlik tərəfləri siyasi vəziyyətin daha da qütbləşməsindən çəkinməyə çağırıb.

"Bütün partiyaları siyasi vəziyyəti qütbləşdirmək cəhdlərindən çəkinməyə, seçki sonrası sakit bir mühit saxlamağa və seçki şikayətlərinə ədalətli, qərəzsiz baxmağa çağırırıq. İkinci tur, prosesi yaxşılaşdırmaq və Gürcüstan vətəndaşlarının tam etibar edəcəyi rəqabətli ikinci tur keçirmək üçün bir fürsətdir ",
- deyə məlumatda bildirilib.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google