Gürcüstanda bələdiyyə seçkilərinin yekun nəticələri açıqlanıb
Gürcüstanda yerli özünüidarəetmə seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası 46,69 faiz səs çoxluğu ilə qalib gəlib.

Bu, Gürcüstan Mərkəzi Seçki Komissiyasının seçki məntəqələrinin 100 faizində səslərin hesablanmasının tamamlanmasından sonra dərc etdiyi məlumatında göstərilib.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin müxalif “Vahid Milli Hərəkat” partiyası isə 30,7% səs toplayıb.

MSK-nın məlumatında qeyd olunub ki, 2 oktyabr seçkilərində üçüncü yeri 7,8 faiz səslə sabiq Baş nazir Qiorqi Qaxariyanın “Gürcüstan naminə” partiyası tutub.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 2-də baş tutub.

Bir sıra iri şəhərdə seçkilərin ikinci turu keçiriləcək.
Print