Marneulilərin seçiminə nə təsir edir

Etnik azərbaycanlı əhali məlumatsızdır, bunun əsasında kimi dəstəkləyəcəyini müəyyən edir. Bu zaman əksəriyyət iqtidar partiyasına doğru istiqmətlənir.

Bu o, səbəbdən yaranır ki, hakimiyyət dövlətlə eyniləşir, əhali isə özünü dövlət maraqlarını qoruyan kimi göstərmək istəyir. Prezident seçkilərinin birinci turunun göstəriciləri ənənəvi görünüşü – etnik azlıqların məskunlaşdığı regionda iqtidar partiyasının tamamilə üstünlüyünü dəyişdi.

Mərkəzi Seçki Komissiyasının nəticələrin əsasən birinci turda Marneulidə 90 məntəqədən 16 884 səs Salome Zurabişvili, 13 796 səs isə Qriqol Vaşadze topladı. Şəhərdə açılmış 15 seçki məntəqəsindən 14-də Qriqol Vaşadze, birində isə Salome Zurabişvili qalib gəldi. Kəndlərdə açılan seçki məntəqələrinə gəldikdə isə 49-da Zurabişvili, 25-də isə Vaşadze qalib gəlib. Yuxarı Qullar kəndinin nəticələri fərqli idi, orada Qriqol Vaşadze və Salome Zurabişvili səslərin bərabər sayını 131-131 səs toplamışdılar.

Seçkiqabağı məlumat almağın yeganə vasitəsi namizədlərlə görüşlərdir. Bunda isə əhalinin çox az hissəsi iştirak edir. Siyasətçilərin əsas mesajları da məhz belə göreşlərdə səslənir.

Hakimiyyət partiyası tərəfindən dəstəklənən müstəqil namizəd Salome Zurabişvili Marneuli sakinləri ilə görüşü zamanı ikili vətəndaşlıq, dövlət dilinin tədrisi və ana dilinin qorunub-saxlanılması kimi məsələlərə toxundu.

Birləşmiş Müxalifətin namizədi Qriqol Vaşadze isə Marneuli seçiciləri ilə görüşündə dedi ki, burada da Gürcüstanın digər yerlərində olan problemlər var. Etnik azlıqların ictimai-siyasi həyata daha çox inteqrasiyası üçün Vaşadzenin baxışı isə gürcü dilinin tədrisinin daha da gücləndirilməsinə bağlanır.

Seçki dövründə “Gürcü Arzusu” və “Milli Hərəkatın” üzvlərinin əsas qayğısı eyni idi - əhaliyə digər partiyanın nə ilə pis olduğunu göstərmək.

Daha ətraflı verlişin qeydini dinləyə bilərsiniz.

 

Print Email
FaceBook Twitter Google