"Aktual mövzu" verilişi – Marneulinin kəndlərində qanunsuz zibilliklər
Marneuli bələdiyyəsinin 83 kənd var və faciəvi zibilliklərin sayı isə 86-nı aşır. Demək olar ki, Marneulinin hər kəndində ən azı bir zibillik var.
Sadaxlıda, bələdiyyənin ən böyük məntəqəsində Gürcüstan-Ermənistan sərhəd buraxılış məntəqəsi yerləşdir. Zibillik kəndin böyüklüyü ilə mütənasibdir. Problem hamını narahat edir, ancaq məişət tullantıları Bənövşə çayının kənarında yalnız artmaqdadır.

İstifadə olunmuş iynələr, şüşə və plastmasdan olan şüşələr, şüşə qırıntıları, köhnə televizorlar, uşaq bezləri, heyvan və quşların cəsədi – Sadaxlı kəndində Bənövşə çayının kənarında belə xətt görsənir.

Bu məkan küçüklər üçün yaxşı əyləncə yeridir. Atılmış tərliklər, şüşələr, televizorlar və uşaq yellənçəkləri ilə ona qədər dördayaqlı oynayır. Qazlar isə burada qidalanırlar. Ev quşları toyuqların, ördək və qazların cəsədini də yeyirlər. Hələ polietilen torbaları və başqa tullantılar haqqında heç nə danışmırıq. Sonra həmin qazlar sahibinin və ya bazar alıcılarının əsas qidasına çevrilirlər.

სოფელი სადახლო. ლეკვები ნაგავსაყრელზე თამაშობენ

Sahildə dözülməz qoxu durur. Buradan cəmi 20 metrdə məntəqə yerləşir. Yerlilər deyirlər ki, qışda yaydakı kimi narahat olmurlar.

“Hava isti olan zaman pis qoxu olur” – deyir 59 yaşlı Almaz Əzizbəyov. O, danışır ki, Sadaxlıda özbaşına zibillik onilliklər bundan əvvəl yaranıb. Zamanla isə vəziyyət daha da pis olur.

“Bir ay əvvəl zibil qutuları yerləşdirdilər. Bir neçə yerə qoyublar amma bu tərəfdə yoxdur. Zibil kilometrlərdədir. Hamı o tərəfə atır, qutular yoxdu ona görə də belə olur”.

Kənddə yerləşdirilmiş zibil qutuları sahildə yaranmış zibillikdən demək olar ki, bir kilometr aralıdadır. Əhalini eyni zamanda evlərə yaxın atılan zibillər də narahat edir və məişət tullantılalarını uzağa aparmaq üçün gah pul toplayıb maşın kirayələyirlər və zibili daşıyırlar, gah da özləri aparılan zibilin yerini doldururlar. Daha bir problem mal-qaradır. Almaz kənddə iribuynuzlu mal-qaranın öldüyü bir neçə hadisəni xatırlayır.

“Əgər selofan torba yeyirsə onunlada bitir, pis olur və sonra ölür” – deyir Almaz Əzizbəyov.

Sadaxlı sakinlərinin qanunsuz zibili atdıqlarına görə Marneuli nəzarət xidmətinin öhdəliyinə əhalini cərimələmə səlahiyyətinin daxil olması haqqında heç məlumatları da yoxdur.Meriyadan alınan rəsmi məlumata görə nəzarət xidməti həftədə iki dəfə zonalara əsasən Marneuli bələdiyyəsinin ərazisində monitorinq aparır.

Print Email
FaceBook Twitter Google