"Süni şəkildə virusa yoluxdurulmuş" Marneuli – sakinlərin saxta məlumatlara reaksiyası
İki aydan artıqdır ki, Gürcüstanda “donuz qripinə” yoluxma halları artır. Ölüm halları da qeydə alınıb. Onlar arasında 5 fevral tarixində Marneulinin “Aversi” klinikasında H1N1 virusundan dünyasını dəyişən 55 yaşlı kişi də var. 2018-ci ilin dekabrından 2019-cu ilin fevral ayına qədər “donuz qripi” diaqnozu ilə cəmi 21 nəfər dünyasını dəyişib.

2019-cu ilin birinci həftəsinin göstəricilərinə əsasən, ölkə miqyasında 100 000 sakinə qrip virusuna yoluxmaq göstəricisi 256 nəfərdir. Marneulidə isə xəstəliyin lboratoroloji olaraq 8 təsdiqlənmiş halı aşkarlanıb.

Marneuli sakinləri bilirlər ki, ölkədə xəstəliyin qeydə alınması halı artıb. Bizim sorğu apardığımız şəxslərin çoxusu hesab edir ki, viruslar sünii şəkildə yayımlanır.

“Bəziləri deyir ki, virus banandadır, bəziləri müxtəlif versiyalar deyir. Amma mən inanmıram. Mən bilirəm ki, nə mənim evladlarımda nə də nəvələrimdə xəstəlik yoxdur, virus bilmirəm haradan yaranır” - Marneulili kişi deyir.

“Düşünürəm ki, bu xəstəliyi bilərəkdən yayırlar ki, dərmanlar satılsın. Eşitmişəm bir şirkət yayımlayır ki, öz şirkətinin dərmanlarını satsın. Ola bilsin səhvdir amma mən belə eşitdim” – Ömər Məmmədov deyir.

“Demək olar ki, hər yerdə ondan danışırlar ki, yer kürəsində adam çoxdur və sayı azaltmağa çalışırlar. Məktəbdə də, ailədə də və demək olar hər yerdə bundan danışırlar” – İlhamə Qurbanova deyir.

“Mənim 60 yaşım var. Bu günə qədər donuz qripi haqqında heç nə eşitməmişdim. Son zamanlar deyirlər bu virus yayılıb. Mənbəyi nədir haradır bunu bilmirəm. Qızılca sovet şurası zamanı da var idi və tədbir görürdülər” - Kürtlər sakini Mehdi Məmmədov deyir.

“Mən bütün gün çayxanadayam. Eşitdim ki, amerikanlar burada nəisə hüceyrələr yayırlar və xəstəlik yayımlayırlar ki, dərmanları satsınlar. Ona görə də məhsul yetişmir, həşəratlar da imkan vermir. Laboratoriyaya da gah deyirlər Axalkalakidədir gah da deyirlər Candarda açıblar” – Marneuli sakini olan kişi deyir.

Təbiidir ki, Marneulidə bəzilərinə virusun sünii yayılması məsələsi gülməli gəlir, ancaq artıq eşitdiyinizə görə “donuz qripi” və qızılca kimi virusların sünii yayılmasına inananlar var. Bəzisi deyir ki, bunun səbəbi qlobal problemdir, dünyada əhalinin hədsiz artımıdır, bəzisi isə səbəb də qeyd edə bilmir.

Bizim tərəfimizdən sorğulananların bir hissəsi məlumatı çayxanadan, tədris müəssisəsindən, dostlarından və internetdən alır. Hamı bilir ki, Gürcüstanda virulr üzərində çalışan laboratoriya var. Bir hissəsi hesab edir ki, virusları bilərəkdən hazırlayırlar və yayırlar. Məlumatın əsas mənbələrindən biri isə azərbaycan və türk mediyasıdır.

“Gürcüstanda qarayara virusu yayan Pentaqon laboratoriyası” – türk mediya vasitələrindən biri olan aydinlik.com.tr tərəfindən yayımlanan məqalənin başlığı belədir. Orada laboratoriyanın qarayara, hepatit və başqa növ viruslarla əlaqəsindən söhbət gedir.

Məqalədə oxuyuruq ki, zika və ebola epidemiyaları Afrika və Braziliyada, quş və donuz qripi virusları Çin və Cənub-Şərqi Asiyada, eləcə də sibir xorası, hepatit və qarayara kimi xəstəliklər – mübarizə silahı kimi Pentqaon tərəfindən yayılır. Gürcüstanda, Tbilisidə yerləşən Luqar laboratoriyası isə Pentqaonun bu virusların yayılması ilə bağlı çalışdığı obyektlərindən biridir.

“Bu laboratoriyalarda eksperiment aparan çox sayda adam hepatitdən dünyasını dəyişib. Bunu Gürcüstanın keçmiş dövlət təhlükəsizlik naziri İqor Qiorqadze özü deyir. Bu laboratoriyada Gürcüstan miqyasında 100-ə qədər adamın dünyasını dəyişdiyindən söhbət gedir”
- məqalədə yazılıb.

Məqalədə əsas mənbələrdən biri olaraq Bolqariyalı journalist Dilina Qaytançıyevin “Amerikalı diplomtlar gizli hərbi proqram çərçivəsində insan qanı və patogenləri ilə ticarətə qoşulublar” adlı materialı qeyd olunub.

Medianın inkişaf Fondu Gürcüstanda mediyada yayımlanan şübhəli bolqar jurnaliti Dilina Qaytançıyevanı da araşdırıblar və müəyyən ediblər ki, journalist Kreml ilə əlaqdardır və çox hallarda rus propaqandasını yayımlayan əsas mənbələrindən biridir.

Bundan əlavə Luqar laboratoriyası haqqında məlumat “Sputnik Turkishdə” də yayımlanıb.

“Gürcüstanın keçmiş Dövlət Təhlükəsizliyi naziri İqor Qiorqadze tələb edir ki, ABŞ-ın prezidenti Donald Tramp Luqar laboratoriyasının fəaliyyəti ilə bağlı araşdırmaya başlasın.

Qiorqadze Moskvada baş tutan mətbuat konfransında deyib ki, Gürcüstanda yaşayan dostundan aldığı sənədlərin araşdırılması göstərib ki, ola bilsin laboratoriyada gürcülər üzərində gizli eksperimentlər aparırlar. Keçmiş nazir onu da qeyd edir ki, bəzi eksperimentlər ola bilsin ölümlə də bitə bilərdi”
– Türkiyənin “Sputniki” tərəfindn hazırlanan məqalədə yazılıb.

İqor Qiorqadzenin bəyanatı hər iki məqalədə qarşımıza çıxır, amma veb-səhifədə məlumat tapılmır ki, Qiorqadze sonra hansısa sənədlərin olmasını real təsdiq edir.

“Sputnik” Gürcüstanda da aktiv çalışır. Onun əsas məqsədi əhali arasında yanlış məlumat yaymaqdır. Nəşriyyat Rusiya hakimiyyəti tərəfindən maliyyələşir.

Luqar laboratpriyası Gürcüstanda 1937-ci ildən mövcuddur, əvvəldən o “qarayaraya qarşı dayanacaq” adlanırmış,indi isə laboratoriya yenilənib, yeni təchizatla doldurulub və fəaliyyətini yenidən ilkin məqsədlə davam etdirir.

“Laboratoriyanın yeganə məqsədi və funksiyası odur ki, ölkədə hansı keçici xəstəliklərin ola biləcəyini və əhaliyə təhlükə yarada biləcəyini öyrənək”- Gürcüstanın Xəstəliklərin Kontrolu və Milli İctimai Səhiyyə Mərkəzinin elmi şurasının sədri Paata İmnadze deyir.

Siz Gürcüstanın Xəstəliklərin Kontrolu və Milli İctimai Səhiyyə Mərkəzinin elmi şurasının sədri Paata İmnadzeni dinləyirdiniz. Onun sözlərinə görə baxmayaraq ki, düşməncəsinə yayılan propaqanda Gürcüstan əhalisinin yolunu çaşdırır, laboratoriyanın rəhbərliyi dezinformasiya və Rusiya tərəfindən olan məlumat hücumuna diqqət yetirmir. Onlar öz işlərini görürlər və çalışırlar ki, əhaliyə keçici xəstəliklərin mümkün təhlükələri haqqında tez xəbərdarlıq etsinlər.

Rus propaqandası və müxtəlif veb-səhifələrin vasitəsilə yayılmış səhv məlumatları “Medianın İnkişaf Fondu – MDF” aktiv şəkildə araşdırır. Araşdırmaçı Sopo Qelavanın sözlərinə görə Luqar laboratoriyasına hücum yeni mərkəzin açılması günündən başlayıb. Məlumat yaymanın əsas mənbələri isə rus siyasətçiləri, duma deputatları və Rusiyanın keçmiş baş sanitarı Qenadi Onişenkodur. Məhz onların bəyanatları əsasında rus mediyası yanlış məlumat yayırdı və yayır. Bu isə gürcü məlumat sahəsinə də keçirdi.

Mediyanın İnkişaf Fondunun araşdırmaçısı Sopo Qelava deyir ki, dövlətin yanlış məlumatla mübarizə üçün formalaşdırılmış siyasəti yoxdur və bu dövlət müəssisələrinin kommunikasiya strategiyası ilə də əlaqədardır. Bir tərəfdən dövlət deyir ki, Avropaya doğru rəsmi olaraq elan edilmiş dövlət kursu var, digər tərəfdən isə yanlış məlumat yayan mediya təşkilatları görürük. Onlar homofobiya və ksenofobiya nəşr siyasəti ilə fərqlənirlər, hakimiyyət onlarla büdcə müqaviləsi bağlayır.

Virusların yayılma səbəbini əhali Amerikada, laboratoriya və ya bananda gördüyü vaxt həkimlər virus xəstəliklərinin aradan qaldırılması məqsədi ilə əhalini prevensiya tədbirləri görməyə çağırırlar. Bağçaların heyəti və dayələri qızılca vaksini il peyvəndlənməyə məcburdurlar. Marneulinin İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze deyir ki, peyvəndləmə qızılca epidemiyası ilə mübarizə aparılacaq yeganə vasitədir. Bütün kənd həkimləri virusa qarşı preparatla təchiz edilib və bütün şəxslər gedə və peyvənd vurdura bilər. “Donuz qripi” ilə mübarizənin silahlarından biri isə tez-tez əlləri yumaq və otaqların havasını dəyişməkdir. Artıq xəstəlik halında isə antivirus preparatı “Tamiflu”dan istifadə olunmalıdır. Laperadze deyir ki, qeyd olunan preparat problemi Marneulidə yoxdur, ancaq onu özbaşına əldə etmək olmaz.


Əsas şəkil: foray.com

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər