Marneulinin 30-dan çox kəndində heç vaxt içməli su olmayıb


Xudor-Lejbəddində yaşayan Məhəmməd Səfərov amortizasiya olmuş yolda hər gün su şüşələri ilə yüklü arabanı güclə tərpədir. İçməli suyu evə aparmaq üçün kilometrlər qət etməli olur. Əgər desək ki, tezliklə Marsda gürcü üzümünü yetişdirmək üçün hazırlaşırlar və ABŞ-ın Milli Aeroneft və kosmos administrasiyasının (NASA) bəyanatına görə, Marsa ilk dəfə ola bilsin qadın ayaq basacaq yəqin ki, Yer kürəsində yaşayan Səfərovun gülməyi gələr.

“Suyumuz yoxdur, yazıq əhali... hamı gəlir bizə deyir düzəldəcəyik, ancaq çalırlar, maaş alırlar və bizdə heç nə dəyişmir. Suyu evə gətirmək üçün (daçka ilə) bir kilometr yol qət etməli oluruq. Acırıq, susayırıq, çörək bişirmək lazımdır və xörək hazırlanmalıdır suyumuz isə yoxdur. Deyirlər düzəldəcəyik, nə bilim” – Xudor-Lejbəddin sakini Səfərov deyir.



Xudor-Lejbəddin Marneulidən təqribən 25 km-də yerləşir. Kənd əsrdən çoxdur ki, mövcuddur. Ancaq bura üçün su amortizasiya olunmuş yollar və evlərin qarşısında qanunsuz yaradılmış zibilliklər qədər problemlidir. Kənddə suyun olmamasını bütün ailələrdə “umivaniklərin” (əl-üz yuyan) durması da təsdiqləyir.Suyun içmək üçün nə dərəcədə faydalı olması haqqında məlumatları yoxdur.



Çox hallarda çimmək üçün arx suyundan da istifadə edirlər. Əhali isə vəziyyətə uyğunlaşıb və kimə müraciət edəcəklərini bilmirlər.

“İçməli su Algetidə bulaq var və oradan götürürük. Bu da böyrəklərdə daş yaradır. Analiz etmirlər, xalq isə içir. Çimmək suyu üçün qonşulara gedirik və kimin həyətində düzəldilmiş su quyuları var oradan gətiririk. Bəzən çimmək üçün arx suyu gətiririk. O da gah gəlir gah da yox” - Rövşən Səfərov deyir.

“Uşaqları arx suyu ilə çimizdiririk, bəzən alergiya bəzən də başqa xəstəliklər əmələ gəlir. Başqa yolumuz yoxdur məcbur arx suyundan istifadə edirik”
– Saidə Səfərov deyir.



Təmiz suyun əlçatanlığı əhalinin konstitusional hüququdur. Göründüyü kimi yerlilər bu haqda bilmirlər. İcmada problemləri həll etmək yerli özünüidarənin öhdəliyidir. Ancaq meriya nümayəndələri kənd sakinləri ilə ilk dəfə bu il görüşüblər. Onlardan dinləyiblər ki, nə yolları, nə bayır işıqlandırması var. Kənd yığıncağı çərçivəsində işıqlandırmanın olacağına dair vəd veriblər.

“Xudor-Lejbəddin kimi bələdiyyədə su sistemi olmayan kəndlər yenə də qalmaqdadır. Yerli özünüidarəetmə mərhələli olaraq işləri həyata keçirir. Yerli əhali ilə Xudor Lejbəddində “kənd yığıncağı” çərçivəsində görüşən zaman üstünlük olaraq bayır işıqlandırması sisteminin qurulmaını hesab etdilər. Ona görə də bu il bələdiyyə müvafiq tədbirləri həyata keçirəcək” – meriyanın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mariam Xaçidze deyir.

Su təminatını yerinə yetirmək Xudor Lejbəddinin su sisteminin təhvil verdiyi şirkətin öhdəliyidir. Bu halda heç kimdən cavab tələb edə bilmərik. Çünki 400-ə yaxın sakinin yaşadığı kənddə su ilə təminat heç vaxt olmayıb. Heç bir şirkət hansısa işlər də həyata keçirməyib.

Marneuli meriyaından izah edirlər ki, bələdiyyə üçün üstünlüklərindən biri içməli su ilə təmin olunmaqdır, ancaq buna baxmayaraq Xudor-Lejbəddində 2019-cu ildə bu baxımdan yaxşı heç nə planlaşdırılmır. Heç suyun laboratoloji analizi də edilməyəcək. Çünki bulaq heç bir şirkətin balansına daxil deyil. Yerlilər üçün yeganə qurtuluş isə suyu evlərinə işıqlı yolla aparmaqları olacaq.



Faktdır ki, meriya əhalinin tələblərini yaxşı bilmir. Əhali və yerli hakimiyyət arasında yeganə vasitəçi merin ərazi vahidliyindəki nümayəndəsidir. Marneulinin bir çox kəndlərində demək olar ki, qeyd olunan şəxsin yalnız simvolik yükü var. Xudor Lejbəddinin müvəkkili Bəxtiyar Hüryanov təsdiq edir ki, əhali ilə fəal ünsiyyət qurur və içməli su problemi haqqında yerli özünüidarəetməyə də məlumat verib. Əhali isə kənd yığıncağında içməli su problemini məbləğin az olmasına görə əsas problem olaraq qeyd etməyiblər.

Yerli özünüidarəetmə və əhali arasında mövcud olan ünsiyyət problemi haqqında İdarəçilik Sistemlərinin İnkişaf Mərkəzinin nümayəndəsi Qoqa Qiğuradze danışdı.

“Merin nümayəndəsi deyək ki, kənddə min nəfər yaşayırsa hər birinin, yaxud hər ailənin problemi ilə bağlı hər gün hazır vəziyyətdə olmalıdır və bunu yerli özünüidarəetmənin mer nümayəndəsinin funksiyası məhz budur. Qanunvericilikdə bizim belə qeydlərimiz yoxdur. Ancaq avropalılar gəlib bizim qanunvericiliyi dəyərləndirəndə həmişə bizdəki formalara təəccüblənirlər. Məsələn mer 1 noyabra qədər mütləq hesabat təqdim etməlidir, bütün suallara cavab verməlidir və.s. Təəccüblənirlər ki, bu sizdə onsuz da belə deyilmi. Merin siyasətçi kimi öz maraqlarına daxil olmalıdır ki, gündəlik seçiciləri ilə görüşsün, problemlərlə maraqlansın. Onlar təəccüblənir ki, bu elə də merin öhdəliyidir və qanunvericilikdə bunun qeyd olunmasına nə ehtiyac var. Birbaşa çağırış edir ki, sən əhali ilə danışmalısan, sonra cavab verməlisən” - Qoqa Qiğuradze dedi.

İdarəçilik Sistemlərinin İnkişaf Mərkəzinin nümayəndəsi Qoqa Qiğuradze qeyd etdi ki, mer nümayəndəsi bələdiyyənin simasıdır. İndiki mərhələdə isə yalnız poçtalyon rolunu yerinə yetirir.

Qafqaz üzrə Ətraf Mühitin Mühafizəsi qeyri-hökumət təşkilatları şəbəkəsi (CENN) ətraf mühitin mühafizəsi istiqamətində olan yerli və regional problemlərin həlli üçün fəal çalışır. Onların cəhdi ilə Marneulidə çox layihələr işlənilib.

CENN-in layihələr üzrə koordinatoru Mariko Dzikoridze suyun vacib ehtiyac olması və əhalinin məlumatlandırmasının aşağı səviyyəsi haqqında danışır. Bunu Xudor Lejbəddinin misalı da təsdiq edir.

“Bizim sağlam suyun əlçatanlığı ilə bağlı konstitusional hüququmuz var. Adi su da deyil, təmiz, sağlam sudan söhbət gedir. Müvafiq olaraq bu insanın əsas hüququnun pozulmasıdır. Ancaq ondan dolayı ki, indi bu problem çox kəndlərdə var və istisna yalnız bu kənd deyil. Güman ki, onların su götürdüyü müəyyən yer var. Maraqlıdır ki, istifadə etdikləri suyu nə vaxtsa laboratoloji analiz ediblərmi. Bundan aydınlaşdırardıq ki, ümumiyyətlə su götürürlərmi, necə su götürürlər təmiz ya yox” - Mariko Dzikoridze dedi.




CENN-in layihələr üzrə koordinatoru Mariko Dzikoridzeni qeyd etdi ki, Xudor Lejbəddində əhalinin hüquqları birmənalı şəkildə pozulur. Marneuli kəndlərinə su verilməsi öhdəliyini üç şirkət – MMC “Sopdzğali”, “Rustav dzğali” və “Birləşmiş Su Təchizatı” təmin edir.

Sopdzğali bələdiyyənin balansında olan məhdud məsuliyyətli cəmiyyətdir. İndiki mərhələdə 36, Rustav dzğali 5, Birləşmiş Su Təchizatı şirkıti 5 kəndə su ehtiyatı verir. Belə çıxır ki, Marneulinin 84 kəndindən 35-də Xudor lejbədinnə oxşar vəziyyətdir.

Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkəti Marneulidə kanalizasiya Təmizləmə sisteminin tikinti işlərinə başlayır. Layihəni Asiya İnkişaf Bankı həyata keçirir. Bank Marneuli və Bolnisini 55 milyon 940 min 22 dollara dəyərində məbləğlə maliyyələşdirəcək.

2021-ci ilin yanvarında isə işləri başa çatdıracaqlar. Ancaq su təminatından kənar qalan kəndin problemini həin geniş miqyaslı layihə də həll etməyəcək.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər