Aktual Mövzu - Fermerə 100 000 lariyə başa gələn dərmanlama

Qızılhacılılı fermer, Elmin Qaxacov 9 mayı xatırlamaqda çətinlik çəkir. Həmin gün onu gözü qarşısında 130 iri buynuzlu mal-qara birgə yıxılıb. Mal-qaranın əksəriyyəti ölüb və evə gedəndə 100 000 lari dəyərində zərər olduğunu hesablayıb. Hadisə onlarla inəyin gənəyə qarşı dərmanla çimizdirdikdən və tarlaya buraxdıqdan sonra baş verib.

“Günorta, saat 1-2 arası inəkləri çimizdirdim və bayıra çıxardım. 40 metr getməmişdilər və hamısı öldü. 10 dəqiqədə öldülər. Sonra həkim də gəldi. Cəmi 130 inək idi, 61-i öldü. 40 mənim idi, ikisi qonşunun, 16-ı isə əmimin – üçü də sonrakı gün öldü” - Elmin danışır.



Zərərçəkən mal-qaranın zəhərləndiyi dərmanı Marneulinin apteklərinin birindən alıb. Deyir ki, dozasını biraz artıq eləyib. Ancaq belə başqa dərman vuran vaxtı da edib və mal-qaraya heçnə olmayıb. Qaxacovun dərman aldığı, Marneulinin baytar aptekində fermeri ehtiyatsızlıqda günahlandırırlar.

“Şüşüəyə yazılıb ki, 10 litr suya 15 qram tökməlisən. Bu normal dozadır. Bundan inəklər ölməzdi. 9 ildir burada çalışıram, heç vaxt belə hal olmayıb. Sadəcə dozaının artıq ediblər. Çimizdiriblər və otaracağa buraxıblar. Dozanın artıq olmasına görə ölüblər” – baytar aptekin əməkdaşı Elmira Mustafayeva deyir.

Qaxacovun ehtiyatsızlığını Milli Ərzaq Mühafizəsi Agentliyinin Kvemo Kartli İdarəsinin rəhbəri də istisna etmir. Miranqula Liparteliani deyir ki, ilkin araşdırmaya görə fermer tərəfindən dərmanın düzgün dozada istifadə olunmaması təsdiqlənib. Ancaq yekun tədqiqatı istintaq tərəfindən gözləyir.

“Biz tədqiqat apardıq, başqa istiqamətləri də istisna etmirik. Yenə də sığorta məqsədi ilə pataloji material götürdük və laboratoriyaya göndərildi. Cavablar infeksiya xəstəlikləri ilə bağlı mənfi gəldi, bununla bağlı analiz götürmüşdük. Ona görə də bizim tərəfimizdən infeksiya xəstəlikləri istisna edildi. Qalanını istintaq müəyyən edəcək”
– Miranqula Liparteliani deyir.

DİN İstintaqa CM-nin 188-ci maddəsi ilə başlayıb. Maddə əşyaya ehtiyatsızlıqdan zərər vurmaq və ya məhv etməni nəzərdə tutur.

DİN-in açıqlamasına görə indiki mərəhlədə istintaq aktiv şəkildə aparılır.



İnəklərin kütləvi ölməsi, güman ki, fermerin səhv hərəkətinə görə baş verib. Həmin kənddə yaşayan özəl baytarı öz gücləri ilə mal-qaranı xilas edə bilmədikdə çağırıblar. Qızılhacılı sakini baytar Anar Məmişov 69 inəyi tək xilas edə bilib. Gəlin onun müsahibəsini dinləyək.

“Zəhərlənmə çox güclü idi. Bilmirəm nədən olub. Mənə zəng vurdular getdim. 20 dəqiqəyə getdim orada inəkləri yuduq. Uşaqlara zəng vurdum 10 tonluq çən gətirdilər bir-bir hamısını yuduq. Bütün kənd sakinləri kömək elədi. Orada böyük iş görüldü. Sonra iynələr vurduq. Həkimin eyni zamanda 25 iynə vurması asan deyil. Yenə qeyd edirəm ki, baytar həkimdən soruşmadan heyvana heç bir dərman verməsinlər. Zəng vurub soruşsunlar” – Anar Məmişov dedi.


Siz Qızılhacılı sakini olan baytar həkim Anar Məmişovun müsahibəsini dinləyirdiniz. O, inəklərin ölməsi faktına görə fermeri günahlandırır və hamını öz başına müdaxilə etməkdən, səlahiyyətli olmadıqları məsələlərə qarışmaqdan çəkinməyə çağırır.

Fermerlərin məlumatlandırılmasına cavabdeh olan orqan Milli Ərzaq Agentliyidir. Kvemo Kartli İdarəsinin rəhbəri Miranqula Liparteliani bizi əmin edir ki, Marneulidə fermerlərin məlumatsız qalması minimum endirilib.

“Bütün dərmanların özünün təlimatı, istifadə qayadası, dozası və.s var. Hamı bu təlimata əməl etməlidir. Başqa halda pis nəticə alınacaq. Belə hallar nadir baş verir. Çünki Milli Ərzaq Mühafizəsi Agentliyi son 5-6 ildir ki, xüsusi təhlükəli xəsətəliklərə nəzarət edir. Biz region miqyasında 100 nəfər baytarı bu kimi tədbirləri həyata keçirmək üçün qəbul etmişik. Marneulidə bizim ofisimiz də var və baytar həkim də oturur, eləcə də 25-ə yaxın köməkçi baytarı ştatdan kənar qəbul etmişik” - Miranqula Liparteliani deyir.

Siz Milli Ərzaq Agentliyinin Kvemo Kartli İdarəsinin rəhbəri Miranqula Lipartelianini dinləyirdiniz. O, deyir ki, onlar tərəfindən məlumat gürcü və azərbaycan dilində çatdırılır.

Lipartelianidən fərqli olaraq “Gələcək fermerin” rəhbəri Rusudan Qiqaşvilinin başqa mövqeyi var. Gəlin onu dinləyək.

“Kiçik fermerlər üçün kənd təsərrüfatına qoşulmaq çox vaxt dolanmaq üçün lazımdır. Ailələrini idarə etmək üçün, maddi baxımdan mübarizə aparırlar və bu sahədə məlumatları olmayan işlər də görürlər. Bu isə çox hallarda pis nəticə ilə başa çatır. Bu halda da vəziyyət belədir, fermer baytarın mümdaxiləsi olmadan mal-qaraya dərman verib. Bu tez-tez baş verən adi haldır. Bunun səbəbi odur ki, ölkədə fermerlərin məlumatının artırılması üçün işlər görülmür. Kadr çatışmamazlığı da var, baytar həkimlər yoxdur” - Rusudan Qiqaşvili dedi.

Siz “Gələcəyin fermeri”nin sədri Rusudan Qiqaşvilini dinləyirdiniz. O, dedi ki, ölkədə fermerin məlumatlandırılması baxımından davamlı çalışmalar aparılmır və buna görə də belə nəticələrə gedib çıxırlar.

Marneulidə əhalinin əksəriyyəti fermer təsərrüfatı ilə məşğuldur. Fermerlərin özbaşına müdaxilə etməsindən yaranan nəticənin azaldılması üçün yeganə çıxış yolu aktiv şəkildə məlumatlandırma kampaniyasının aparılmasıdır.

Bununla yanaşı ekspertin fikrincə dövlət baytarlarının çatışmamazlığı da böyük problemdir və özəl baytar institute ciddi şəkildə gücləndirilməlidir. Avropa Birliyi ilə bağlanan assosiaisya sazişinə əsasən Gürcüstanda fermer və baytarlıq istiqamətində bəzi dəyişikliklərin aparılması 2020-ci ilə qədər planlaşdırılır.

Print Email
FaceBook Twitter Google