Hələ ki, Marneulidə Təqaüd Agentliyi yalnız
bir görüş keçirib və orada 30 işlə təmin olunan iştirak edib.
Əhalinin əksəriyyəti 2019-cu ilin 1 yanvarından qüvvəyə minən yığım
təqaüd sistemi haqqında heç nə bilmir. Sistemin reforması niyə
vacib oldu? Məbləği mütləq alacağımıza dair zəmanət varmı və Avropa
ölkələrinin yığım təqaüdü ilə bağlı hansı təcrübəsi var? Bu haqda
Təqaüd Agntliyinin direktoru Vaja Capoşvili məlumat verdi.
“İlk növbədə qeyd edək ki, qanunda deyilir pensiya
hüququ ölkə vətındaşları və diami olaraq Gürcüstanda yaşayanlara
aiddir. Əgər xarici ölkə vətəndaşının daimi yaşayış sənədi varsa,
həmin şəxslər bu sistemə qoşulur. Əgər şəxs daim xaricdə
yaşayacaqsa, Gürcüstan vətəndaşı deyilsə, bunu təsdiq edəcək sənədi
Agentliyə təqdim etməlidir və bunun əsasında yığılan məbləğ geri
qaytarıla bilər. Həmin məbləği şəxs çıxara və xaricə yaşamağa gedə
bilər” - Vaja Capoşvili bildirdi.
O, qeyd edir ki, cari reforma bizim vətəndaşların layiqli təqaüd
yaşı ilə təmin olunması üçün çıxış yoludur.
Capoşvilinin yığım təqaüd sistemi məsələləri ilə bağlı danışmasına
baxmyaraq bir neçə şirkətin mühasibi Tereza İovaşvili hesab edir
ki, özəl təşkilatlar bu sosial məsuliyyət üçün hazır
deyillər.
“Gürcüstanda olan iqtisadi vəziyyətdən dolayı özəl
biznesin məbləğ axtarmaqla bağlı müəyyən problemləri yaranır. Buna
təqaüd fondu da əlavə olunur. Bu müəyyən qədər biznesin geri
getməsinə səbəb olur. Biznes hələ ki, Gürücstan əhalisinin
qarşısında bu sosial cavabdehliyi götürmək gücündə deyil. Əgər
dövlətdə vəziyyət yaxşılaşarsa düşünmürəm ki,hansısa biznesmen geri
çəkilsin və bu məsuliyyətdən qaçsınlar. Gürcüstanda buna yeni bir
əlavə edilməsi yaxşı təsir göstərməyəcək. Bundan əlavə bu sahədə
məlumatsızlıq, tənzimləmə və təlimatların idarə olunmaması da
probelmlər yaradır” - Tereza İovaşvili dedi.
O, dedi ki, Gürcüstanda olan özəl sektor təşkilatları bu məcburi
yük üçün hazır deyillər.
“Yeni iqtisadi məktəb – Gürcüstan”ın prezidenti Paata Şeşlidze
təqaüdün itirlməsi və mümkün risklər haqqında danışır. Gəlin onu
dinləyək.
“Mənim fikrimcə bu model qeyri-konstitusionaldır.
Öhdəliklərin qoyulması həqiqətən də qeyri-konstitusionaldır. Eləcə
də hesab sahibinə gəlirinin müəyyən hissəsinin yığm pensiyasına
görə tutulması öhdəliyi də qeyri-konstitusionaldır. Birinci hökumət
üzərinə öhdəlik götürmür ki, iflas olan halda məbləği ödəyəcək. Bu
investisiyaları ilk əvvəl özəl şirkətlərdə etməli idilər. Sonra
onun monitorinqi həyata keçiriləcəkdi. Ancaq hələ ki, bu üsul
yoxdur və investisiyanı şura həyata keçirir. Ümumiyyətlə məbləğin
harada olmasına nəzarət yoxdur. Və yaxud daha yaxşı olacağı yerdə
niyə deyil. Nəzarət yoxdur və bizim təsəvvürümüz də yoxdur ki, bu
necə baş verir. Bugünkü vəziyyətdə məbləğin necə olacağını da
deemək çətindir. Burada siyasi maraqlar var. Müvafiq olara qinsanın
qoşulması sıfır dərəcədədir. Risk bunu qeyd etmək
olar” - Paata Şeşlidze dedi.
Real olaraq, Marneulidə işlə təmin olunanların əksəriyyəti yığım
təqaüd sistemi haqqında məlumatsızdır. Yeni reformanın
yayımlanmasının qayğısına isə Təqaüd Agentliyi qalmalıdır.Onlar
Marneulidə yalnız bir görüş keçiriblər. Ekspertin fikrincə yığım
təqaüd sisteminə qoşulmaq böyük risk daşıyır və dövlətin iflas
olduğu halda məsuliyyəti öz üzərinə götürmək kimi heç bir berketi
yoxdur.
Yekunlaşdırsaq təqaüd reforması işlə təmin olunanlara öhdəlik qoyur
ki, hər ay maaşın 2%-ni təqaüd fonduna ödəsin. İşlə təmin edən
məbləği əlavə 2% doldurmalıdır və dövlət də 2% artırmalıdır. 40
yaşlı adamların seçimi yoxdur, onlar avtomatik olaraq sxemə
qoşulurlar. 40 yaşdan yuxarı olanlar dövlət təşəbbüsündən imtina
edə bilər və öz qocalığını özü təmin edə bilər. Artıq dinlədiyiniz
kimi dövlət layiqli təqaüd həyatına vəd verir, ekspertlər isə
onların hesabına inanmır.