Aktual mövzu - Etnik azlıqların təcridi və inteqrasiyaya yardım edən amillər

David Qareci monastırı kompleksinə görə, Gürcüstan-Azərbaycan əlaqələri gərginləşdi və bu hadisələri ilk olaraq Gürcüstanda yaşayan azərbaycanlı icmasına mənfi təsir göstərdi.

Müxtəlif siyasətçilər tərəfindən edilmiş bəyanatlar Gürcüstan vətəndaşı olan etnik azlıqlara mənfi təsir göstərdi.

İrakli Okruaşvili tərəfindən “Facebook” da yayımlanmış yazı da bu qəbildəndir. Müxtəlif dövrlərdə müdafiə naziri, daxili işlər naziri və iqtisadi inkişaf naziri kimi fəaliyyət göstərmiş Okruaşvili yazıb ki, 2005-ci ildə Azərbaycan daxili işlər naziri ilə görüşüb və araq içərək hədələyib ki, əgər məsələ ilə bağlı güzəştə getməsələr, “Qırmızı körpüdə 500 000 qaçqın qəbul edəcəklər”.

Keçmiş nazirin Facebookdakı paylaşımına qeyri hökumət təşkilatları birliyi – “Bərabərlik Naminə Koalisiya” münasibət bildirib. Onların bəyanatında deyilir ki, siyasətçi tərəfindən etnik azlıqlara qarşı ritorika dominant siyasətin və Gürcüstan vətəndaşları olan etnik azlıqlara qarşı münasibətin təzahürüdür, bu isə “bu qrupları kənarlaşdırmağa və sosial təsnifləndirməyə” şərait yaradır.

Daha ətraflı məlumat almaq üçün READ MORE-yə keçid edin ↓

Etnik azlıqların təcridi və inteqrasiyaya yardım edən amillər

Verlişin səsli dinləmək üçün aşağıdakı linkə keçid edə bilərsiz: ↓

 

Print Email
FaceBook Twitter Google