“Aktual Mövzu” – bələdiyyənin sosial siyasəti və onun təsirləri
Bələdiyyənin sosial siyasəti yalnız sosial proqramlar deyil. O, müxtəlif sosial qruplara qarşı bələdiyyənin yanaşmasından ibarətdir. Qrup gənclər, etnik azlıq nümayəndələri, sosial müdafiəsiz şəxslər və müxtəlif zəif qruplar daxildir.

Marneuli bələdiyyəsində son aylar ərzində “Mülki sektor bələdiyyə siyasətinin işlənilməsi üçün” layihə həyata keçirilir. Layihə “Marneuli Demokrat Qadınlar Cəmiyyəti” və “Mülki Məşğulluq Mərkəzi Şəbəkələrinin Marneuli Ofisi” tərəfindən həyata keçirilir.

Layihənin məqsədi sosial siyasətin işlənilməsi üçün, mülki qoşulma təcrübəsinin bərpasıdır.

Marneuli bələdiyyəsinin sosial proqramları müxtəlif sosial qrupların sosial vəziyyətinin yaxşılaşdırılması üçün xidmətlərə deyil, birdəfəlik yardıma istqamətlənib.

Sosial siyasətin bir hissəsi eləcə də gənclər siyasətinin işlənilməsidir. Siyasət Marneuli bələdiyyəsi tərəfindən işlənilib və indi yalnız bələdiyyə məclisi tərəfindən təsdiqlənmə gözləyir ki, qüvvəyə minsin.
Məhz bu mövzularla bağlı biz “Marneuli Demokrat Qadınlar Cəmiyyətinin” sədri Olqa Endeladze, “Mülki Məşğulluq Mərkəzləri şəbəkəsinin Marneuli ofisinin” koordinatoru Mariam Samxarade, Marneuli meriyasının Təhsil, Mədəniyyət, İdman v Gənclər üzrə şöbənin mütəxəssisi Mariam Tğeşelaşvili və Gürcüstanın görmə qüsurlular Birliyi Mərkəzinin, görmə qüsurluların Marneuli rayonundakı kuratoru Surik Çiçian ilə danışdıq.

Verlişin tam versiyasını Facebookda canlı yayım vasitəsilə, göstərilən linkdən daxil olub dinləyə bilərsiniz.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər