“Peyvəndlərin bir-birindən fərqi və onların işləmə mexanizmləri” – "Aktual Mövzu"
12:46 / 11.05.2021
Kovid-19-a qarşı peyvənd barədə verlişlər silsiləsinə davam edirik.
Veriliş Ümumdünya Səhiyyə Təşkilatının Gürcüstan ofisinin, Avropa
İttifaqı və Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli
Mərkəzinin dəstəyi ilə hazırlanır.
İlk verilişimizdə peyvəndlərin yan təsirlərindən və allergiya
reaksiyalarından danışdıq. Bizim bugünkü verilişimizin mövzusu
peyvəndlərin bir-birindən fərqi və onların işləmə
mexanizmləridir.
Gürcüstanda üç növ vaksin var — "Astrazeneka", "Pfizer" və
"Sinofarm". Peyvənd prosesində yüksək fəallıq qeydə alınmır.
Peyvənd barədə çox sayda miflər, şaiyələr yayılıb. Verilişin
qonağı, “Neolab”-ın direktoru, allerqoloq-immunoloq Qiorqi
Kamkamidze ilə hər bir peyvəndin necə hazırlanması və həmin
peyvəndlərin nə dərəcədə təsirli olması barədə danışacağıq.