Peyvənd vurdurmaq üçün necə hazırlaşmalıyıq və peyvənddən sonrakı dövrdə nəyi nəzərə almalıyıq – Aktual mövzu
19:50 / 14.05.2021
Kovid-19-a qarşı peyvənd barədə verilişlər silsiləsinə davam
edirik. Veriliş Ümumdünya Səhiyyə Təşkilatının Gürcüstan ofisinin,
Avropa İttifaqı və Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli
Mərkəzinin dəstəyi ilə hazırlanır.
Birinci və ikinci verilişimizdə peyvəndin yan təsirləri və
allergiya reaksiyaları, vaksinlərin bir-birindən fərqi barədə
danışdıq. Bugünkü verilişimizin mövzusu isə peyvənd vurdurmaq üçün
necə hazırlaşmalı və peyvənddən sonrakı dövrdə nəyi nəzərə almalı
olduğumuzla bağlıdır.
Marneuli bələdiyyəsində koronavirusa qarşı peyvənd “Geo Hospitlas”
çoxşaxəli tibb mərkəzində vurulur. Verilişimizin qonağı ,
Marneulidəki “Geo Hopsitlas” tibb mərkəzinin direktoru İoseb
Mqaloblişvili ilə birlikdə bələdiyyədə peyvənd prosesinin necə
aparıldığından və vətəndaşların hansı peyvəndləri vurdura
bildiyindən söhbət açırıq.