Erkən evlilik bu gün də cəmiyyəti narahat edən problemlərdən
biridir.
BMT-nin İnkişaf Fondunun araşdırmalarına görə, 2010-cu illərdən
qadınların ümumilikdə 14%-i erkən yaşda ailə həyatı qurub. Etnik
azlıqların erkən evlilik göstəricisi isə10% təşkil edir. Bu, etnik
gürcülər arasında erkən nikahlarının götəricisindən cəmi 1% çoxdur.
İllər ərzində erkən evlilik mövzusu barədə danışıqlar aparılır. Biz
bu gün problemin həlli ilə bağlı "Aktual Mövzu" verilişinin qonağı
ilə bir daha müzakirə edəcəyik. Qonağımız “Uşaqları qoruyaq”
beynəlxalq qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilmiş erkən
evliliyə qarşı istiqamətlənmiş kampaniya çərçivəsində təşkilatın
gender məsələləri üzrə eksperti Tozu Gülməmmədovadır.