"Dostluq", "Yaşıl təpə" - niyə "Mamey" olmasın? - "İcmal" canlı yayım
Artıq aylardır ki, Marneuli Bələdiyyəsinin Kirovka kəndinin
sakinləri
kəndin adının dəyişdirilərək "Mameyi" olmasını istəyirlər.
Yerli Bələdiyyə nümayəndələri onlara bu adın qəbulolunmaz olduğunu
bildirir. Səbəb olaraq isə müxtəlif məsələlərə diqqət çəkməyə
çalışırlar.
Bu axşam "İcmal"da kənd sakinləri, Rondeli fondunun tədqiqatçısı və
məsələnin hüquqi baxımdan həllində sakinlərə dəstək olan "Salam"
Platformasının nümayəndəsi ilə müzakirəmiz olacaq.