Bələdiyyə fiziki imkanları məhdud şəxslərlə bağlı vahid yanaşma yaratmalıdır – Aktual Mövzu
Marneuli yerli özünüidarəsi indiki mərhələdə fiziki imkanları məhdud şəxslər üçün proqramların hazırlanması üzərində işləyir. Özünüidarə nümayəndələri 22 noyabrda, bələdiyyə miqyasında fiziki imkanları məhdud şəxslərə nəqliyyat kartları paylayıb. Həmin kartlarla onlar bələdiyyə nəqliyyatından pulsuz istifadə edəcəklər. Yerli özünüidarədən “Marneuli” radiosuna bildirdilər ki, meriya fiziki imkanları məhdud şəxslər üçün yeni proqram üzərində işləyir. Buna görə onlar fiziki imkanları məhdud şəxslərin meriyada hansı xidmətlərdən yararlana biləcəkləri ilə bağlı şərh verə bilmirlər.

“Aktual Mövzu” verilişində qonaqlarımız, “Salam” platformasının nümayəndəsi Ayhan Həsənli və Gürcüstan Xalq Müdafiəçisi Aparatının Şərqi Gürcüstan İdarəsinin Kvemo Kartli Ofisinin baş mütəxəssisi və Gürcüstan Xalq Müdafiəçisinin Kvemo Kartli üzrə nümayəndəsi İrma Mçedlidze ilə birlikdə fiziki imkanları məhdud şəxslərin qarşılaşdığı problemləri, yerli özünüidarənin öhdəliklərini müzakirə etdik.


Print Email
FaceBook Twitter Google