Bələdiyyə fiziki imkanları məhdud şəxslərlə bağlı vahid yanaşma yaratmalıdır – Aktual Mövzu
17:43 / 25.11.2022
Marneuli yerli özünüidarəsi indiki mərhələdə fiziki imkanları
məhdud şəxslər üçün proqramların hazırlanması üzərində işləyir.
Özünüidarə nümayəndələri 22 noyabrda, bələdiyyə miqyasında fiziki
imkanları məhdud şəxslərə nəqliyyat kartları paylayıb. Həmin
kartlarla onlar bələdiyyə nəqliyyatından pulsuz istifadə edəcəklər.
Yerli özünüidarədən “Marneuli” radiosuna bildirdilər ki, meriya
fiziki imkanları məhdud şəxslər üçün yeni proqram üzərində işləyir.
Buna görə onlar fiziki imkanları məhdud şəxslərin meriyada hansı
xidmətlərdən yararlana biləcəkləri ilə bağlı şərh verə
bilmirlər.
“Aktual Mövzu” verilişində qonaqlarımız, “Salam” platformasının
nümayəndəsi Ayhan Həsənli və Gürcüstan Xalq Müdafiəçisi Aparatının
Şərqi Gürcüstan İdarəsinin Kvemo Kartli Ofisinin baş mütəxəssisi və
Gürcüstan Xalq Müdafiəçisinin Kvemo Kartli üzrə nümayəndəsi İrma
Mçedlidze ilə birlikdə fiziki imkanları məhdud şəxslərin
qarşılaşdığı problemləri, yerli özünüidarənin öhdəliklərini
müzakirə etdik.