Nəqliyyat olmadığına görə işləyə bilməyib – Marneulidə ictimai nəqliyyat necə yaxşılaşdırılmalıdır
Marneuli bələdiyyəsinin Xocerni kəndi bələdiyyə mərkəzindən aralı, Gürcüstan-Ermənistan sərhədində yerləşir. Kəndin dağlıq ərazi statusu var və başqa problemlərlə yanaşı əsas problem ictimai nəqliyyatın olmamasıdır.

Anar Şərifov Xocerni kəndində gürcü dili ikinci dil kimi fənni müəllimidir. O, bildirir ki, ictimai nəqliyyatın olmaması gənclərə və eləcə də qocalara problem yaradır.

“Mənim iki qardaşım var. Biri Marneulidə işləyir və birtəhər evə qayıda bilir. Tez-tez Sadaxlıdan kəndə piyada da gəlməli olur. İstəyirdim ikinci qardaşım da Marneulidə işləsin. İş yeri var idi. Adi şəkildə işə düzələ bilərdi, amma nəqliyyat olmadığına görə işləyə bilmədi. Axşam evə qayıda bilməyəcəkdi. Gənclər yenə Sadaxlıdan Xocerniyə piyada gələ bilirlər. Amma qocalar, xüsusilə də tək yaşayan qocalara çox çətindir. Marneuliyə getməyə taksi lazımdır, ya da şəxsi maşınları olmalıdır və bu isə böyük xərc deməkdir”.

“Marneuli Avtoparkı”nın rəhbəri Qiqa Calağonia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, merin Xocerni kənd ərazi vahidliyindəki nümayəndəsi ilə bu mövzuda söhbəti olub və kəndə ictimai nəqliyyat ilk fürsətdə təyin olunacaq.


Print Email
FaceBook Twitter Google