Dil baryeri direktorlar imtahanını verməyə mane olurmu? – Aktual Mövzu
2023-cü ildə Marneuli bələdiyyəsinin 74 ictimai məktəbindən yalnız üç nəfər direktorlar üçün imtahandan keçə bilib. Bələdiyyənin indi, ümumilikdə 10 nəfər imtahanı vermiş aplikantı var. Onlar sertifikat almaq üçün söhbət mərhələsindən də keçməlidirlər.

2022-23-cü illərdə ictimai məktəb direktorunun sertifikat imtahanlarında Gürcüstan miqyasında 3205 aplikant qeydiyyatdan keçib. Onlardan ümumilikdə 1841 nəfər imtahana gedib və 755 nəfər birinci mərhələdən keçib. İkinci mərhələ söhbəti nəzərdə tutur və 28 aprel tarixində başa çatacaq.

Direktorların sertifikat imtahanlarında aşağı səviyyədə iştirak etməsi səlahiyyətləri icra edən direktorların yerini qoruyub-saxlayacağına zəmanətdir. Əgər sertifikat imtahanını vermiş namizəd Marneulinin hər hansı məktəbində işləmək istəyərsə o, məktəbin Qəyyumlar Şurası ilə söhbət mərhələsindən keçməlidir. Şura isə həmin məktəbin pedaqoqları və valideynlərindən təşkil olunub. Təqdim olunan namizədi məktəbin Qəyyumlar Şurası seçir. Gürcüstan miqyasında ümumilikdə, 2086 ictimai məktəb fəaliyyət göstərir.

“Marneuli” radiosunun “Aktual Mövzu” verilişində direktorlar imtahanından, onun əhəmiyyətindən və onunla əlaqədar olan dil baryerindən danışırıq. Verilişin qonaqları müəllim Nato Samxaradze və Maka Menteşaşvili, eləcə də Vətəndaş inteqrasiyası və dillərarası əlaqələr mərkəzinin sədri, təhsil üzrə mütəxəssis Şalva Tabatadzedir.

Daha ətraflı verilişi izləyin:


Print Email
FaceBook Twitter Google