Poemanın əvvəlində biz Eneyi və
troyalıları Karfagendə (indiki Tunis) Kraliçə Didonun yanında
görürük. Dido Finikiyalıdır və O, Sixevsin arvadı idi. Ancaq Sixevs
Didonun qardaşı tərəfindən öldürülür
.
Əvvəllər Didonun bundan xəbəri yoxdur, ancaq əri yuxusuna gəlir və
bütün əhvalatı danışaraq Didonun da özünü yaxşı aqibət
gözləmədiyini deyir. Acı taledən qorunmağın yeganə yolu ordan
qaçmaqdır və Dido belə də edir. Ancaq Didonun qardaşının zülmünə
tab gətirə bilməyən əhali də Didonun arxasınca gedir və Karfagendə
bir dövlət yaradırlar. Bir halda ki Karfagen Yunonanın (Heranın)
himayəti altındadır Eneyin anası Venus (Afrodita) Dido Eneyə bir
zərər verməsin deyə cəld tərpənərək oğlu Amura (Erosa) Didoya Eneyi
sevdirməyi tapşırır.
Biz Odisseyada Telemaxın Nestorun və Menelayın yanına getdiyini,
onlardan Troya müharibəsi əhvalatlarını öyrəndiyini bilirik. Eneyda
da isə biz Troyanın məhv olunmasını Eneyin dilindən eşidirik.
Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay Kazımov
“Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat 18:30-da
ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə
aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər
cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.
Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli”
radiosu müəllifə təşəkkür edir.