Gənc Marneuli verilişi - Qonağımız fəal Marneulili gənc Aysun Bozduyeva oldu.
Aysun Bozduyeva "FLEX" proqramının ikinci mərhələsini uğurla keçib. Aysun Marneulinin fəal gənclərindəndir.

Bu gün qonağımızla "FLEX" proqramı haqqında və eləcə də təhsil haqqında geniş şəkildə danışdıq.
Aysun Amerikada təhsil almanın onun üçün nə qədər faydalı və əhəmiyyətli olacağını dedi. Həmçinin bizə təhsil və gələcəklə bağlı planlarından danışdı. Onun ən böyük arzusu qadınlar üçün təşkilat yaratmaq və bu təşkilat sayəsində qadınların təhsilə olan maraqlarında onlara dəstək olmaqdır.



Daha ətraflı verilişi dinləyin.

"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc Marneuli” verilişini dinləməyə dəvət edir. Verilişi hər çərşənbə axşamı saat 12:00-da, təkrarını isə hər şənbə saat 12:00-da dinləyə bilərsiniz.


Print Email
FaceBook Twitter Google