2013-cü ilin prezident seçkilərində
seçicilərin 46,6%-i iştirak edib. Güman ki, onların əsas hissəsini
ictimai sektorda işlə təmin olunan adamlar və onların ailə üzvləri
təşkil edirdi
.
Maraqlıdır, neçə nəfər Gürcüstan vətəndaşı düşünərək, başqasının
tapşırığı, tələbi və satın almasından kənar olaraq seçki qutusuna
yaxınlaşır? Onların dəqiq sayını müəyyənləşdirmək mümkün deyil,
ancaq güman ki, bu say çox azdır.
Seçkilərə qarşı əhalinin belə qarışıq əhval-ruhiyyəsinin çox sayda
səbəbi ola bilər: ümidsizlik, biganəlik, tənbəllik, qorxu və.s.
İnsanlarda elə hiss var ki, bir səsin həll etməsi, dəyişməsi və
yekun nəticələrə təsir göstərməsi mümkün deyil.
Bir tərəfdən belə hissin olması təəccüblü deyil, ancaq onun
yaranmasının əsas səbəbi təhsilin aşağı səviyyəsi və mülki
məsuliyyətin olmamasıdır.
Baxmayaraq ki, demək olar bütün
seçkilərdə əhalinin qoşulması aşağı səviyyədədir. Müsabiqədə
iştiraketmək istəyini çox sayda siyasi subyekt və təşəbbüs qrupu
bildirir. Prezident seçkiləri də belədir.
Namizədlərin əksəriyyəti komediya janrının personajlarını
xatırladırlar. Gülməli olmaqla yanaşı onların zərərli bəyanatları
sayəsində, onlar çox hallarda nəinki prezidentlik üçün mübarizəni
davam etdirmək, heç seçki bülleteninin siyahısına da düşmürlər.
Ancaq belə namizədi hakimiyyət partiyası dəstəkləyərsə nə olar?
Aşağı reytinq və əhali arasında məşhur olmamasına baxmayaraq güman
ki, o, səslərin çox hissəsini yenə də toplayacaq və hətta qalib də
gələ bilər. Qeyd edilməlidir ki, hakimiyyətin namizədə dəstəyi onu
yekdilliklə “iki alan” olmasına baxmayaraq belə gücləndirir.
Əsas siyasi qüvvəyə bankda olan səs ehtiyatından əlavə, qeyd olunan
nəticəyə nail olmaq üçün əhalinin yanaşması da dəstək olur. Onların
əksəriyyəti düşünmədən inanır ki, hakimiyyətin namizədi qələbəyə
bərabərdir.
Bir şey aydındır ki, inam da qorxu
da keçmiş təcrübəyə söykənir. Ancaq, əsas problem aydındır və o,
seçkilərə əhalinin aşağı səviyyədə qoşulmasıdır. Gürcüstan
vətəndaşı yalnız sonuncu halda seçki qutusunun yanına gedir.
Bəziləri hesab edir ki, bu onun işi deyil, bəzilərinə isə qərar
qəbul etməyi başqalarına həvalə etmək daha uyğundur.
Aydındır ki, gürcü siyasi bazarında elə də keyfiyyətli mal
satılmır, pis və daha pis arasında seçim etmək isə elə də xoşa
gələn proses deyil, amma aydın deyil bir halda ki, açıq aşkar
görünür ki, pis daha pisdən yaxşıdır o zaman bu proses niyə
çətindir.
İnsanların hüquqları üçün mübarizə apardığı əsrdə lazımdır ki,
bir-birimizə öhdəliklərimizi də xatırladaq.
Adam olmaq bizə öhdəlik qoyur ki, öz firavanlığımız üçün şəxsi
seçimimizi edək.
Səsli fikirlər/Müəllif: Beka Şukakice, Marneuli sakini,
fəall