"Aktual Mövzu" Verilişi - Tədqiqat prinsipi və məhsulun etiketləşdirilməsi istifadəçini ərzaqdan xəstələnməkdən qoruyur
“Aktual mövzu” verilişi - bugünkü verilişin mövzusu biznesoperatorların Avropa İttifaqı ilə dərin və hərtərəfli ticarət razılaşması çərçivəsində ərzaq təhlükəsizliyi istiqamətində öhdəlikləridir.
“Marneui icma radiosunun efirində DCFTA haqqında verilişlər silsiləsi” layihəsi “Gürcüstan Avropa yolunda: DCFTA-nın və kiçik və orta sahibkarların strategiyasının tətbiq olunması üçün səmərəli model yaradılması” layihəsi çərçivəsində həyata keçirilir.

Layihənin məqsədi Avropa İttifaqı ilə dərin və hərtərəfli azad ticarət haqqında razılaşma (DCFTA) ilə bağlı məlumatın yayılmasıdır.

Biznesoperatorlar DCFTA çərçivəsində ərzaq təhlükəsizliyi istiqamətində bir sıra tədbirlər həyata keçirməli olacaqlar. Misal üçün, ətin satılması zamanı forma 2 adlanan sənəd də olmalıdır və sallaqxana baytarı tərəfindən işarələnməlidir. Əks halda satıcı Gürcüstan qanunlarına əsasən 100 lari həcmində cərimə olunur. Bu biznesoperatorlara tətbiq olunacaq tənzimləmələrdən biridir.

Daha ətraflı verilişi dinləyə bilərsiz.

 

Print Email
FaceBook Twitter Google