Gürcüstanın və ABŞ-ın qeyri-hökumət təşkilatları arasında aparılan bir neçə müşahidə - yəni harada pis vəziyyətə düşmüşük?- Kamran Məmmədovun sesli fikir
“Sənin yeganə silahın çəkiçdirsə, hər şey sənə mismar olaraq görünəcək.”

Bazar ertəsi, yanvarın 21-də Amerika Birləşmiş Ştatlarında Martin Luter Kinq günü qeyd olundu. Dözülməz soyuq olmasına baxmayaraq (-15 dərəcə selsi), Vaşinqton küçələrinə minlərlə adam çıxdı, Kinqi və 60-cı ilin mülki hərəkatını yad etdilər. Xoşbəxtlikdən hazırda çalışdığım təşkilat bu tədbirin təşkilatçılarından biri idi.

Bu mənə yalnız həmin günün görünən hissəsini deyil, həm də belə tədbirlərin təşkil edilməsi zamanı qeyri-hökumət təşkilatlarının necə çalışdığını görmək imkanı yaratdı.

Nəticədə bazar ertəsi günü baş tutan aksiya və ümumiyyətlə ABŞ-ın qeyri-hökumət sektorunun çalışması ilə bağlı yekun müşahidələrimi sizinlə bölüşmək qərarına gəldim. Bizim və ABŞ-ın yanaşması arasında olan əsas fərq nədir?

Nəyi düzgün etmirik? və ya düzgün edirik? və bizim şəraitimizdə hansı instutisional, struktur və mədəni problemlər mövcuddur? Ümumi və səthi söhbət alınmasın deyə müqayisə analizinin əsas aksentini – azlıqların məsələləri üzərində çalışan və ya hansısa azlıq qrupunu təmsil edən təşkilatlara yönəltmək istəyirəm.




Amerika və gürcü qeyri-hökumət təşkilatı sektoru arasında ən əsas fərq odur ki, Gürcüstandan fərqli olaraq burada heç kim Məsihi gözləmir. Bunu yəqin ki, Gürcüstanda hamımız bilirik.

Ancaq bunu xüsusən qeyd etməyi vacib hesab edirəm. Çünki iki reallığı müqayisə etməklə çox aydın şəkildə görə bilərik ki, burada demək olar hamı öz gündəlik rutinli işini görür ki, uzunmüddətli ümumi məqsədlərinə nail olsunlar. Bizdə isə ümumi məqsədin nə olduğunu belə bilmirik və yaxud ən yaxşı halda onun haqqında kəskin parçalardan ibarət təsəvvürümüz var.

Amerikadan fərqli olaraq Şuranın totalitar və kəskin mərkəzləşdirilmiş sisteminin irsi Gürcüstan əhalisində təsəvvür yaradıb ki, kimsə mərkəzdən gələcək və periferiya problemini həll edəcək. Özünü problemsiz periferiya olaraq dərk etmək və qəbul etmək haqqında heç nə deməsək, belə yanaşma Amerika ictimaiyyəti üçün qəbuledilməzdir. Daha artığı, burada kəskin şəkildə “yardım etmək” ambisiyası ilə fəaliyyətə başlayan təşkilatlar və adamlar klassizmin və rasizmin açıq nümunəsi hesab olunurlar.

Qeyd olunan bizi ikinci fərqə aparıb çıxarır: Gürcüstandan fərqli olaraq Amerikanın qeyri-hökumət sektorunda demək olar ki, heç kim hər şeyi bilən Məsih olduğunu və hər şeyi həll edəcəyini düşünmür.


Aydındır ki, Gürcüstanda keçmiş təcrübələr və mövcud strukturlar əhalidə Məsihə və xilaskara “tələb” yaradırlar. O da aydındır ki, qeyd olunan şərtlərlə qeyri-hökumət sektorunun cazibəyə dözmsi və özünü Məsih roluna girməkdən qoruması olduqca çətindir. Amma Amerika təcrübəsini və modelini nəzərə alaraq tam deyə bilərəm ki, bu bizim ölkədə hər bir uğurlu təşkilatı və ya fərdi məhv etmək üçün xəpəngdir.

Gürcü qeyri-hökumət sektorunda təqribən 5 illik təcrübə nəticəsində deyə bilərəm ki, bizdə qeyri-hökumət sektorunun böyük hissəsi düşünür ki, problemin nə olduğunu və onu asan şəkildə necə həll edə biləcəyini dəqiq bilir. Qeyd olunan məsələni özü yaşayan şəxslərdən soruşmaq onların heç ağlına da gəlmir. Belə adamların nə qədər müsbət və yaxşı məqsədləri olsa da çox hallarda onlar aşağıda qeyd olunan bir və ya bir neçə səbəbə görə uğursuz olurlar:
• Qeyri-hökumət təşkilatları başqa dövrdə və reallıqda çox yaxşı işləmiş hazır reseptlə daxil olurlar.

• Qeyri-hökumət sektoru əhalinin dehumanizmləşdirilməsinə başlayır və onlara yuxarıdan aşağı baxmağa başlayır. Çox hallarda bu qeyri-hökumət sektoru tərəfindən hər şeydə məzlum olan əhalinin günahlandırılması ilə davam edir.

• Əhalidə (yanlış) təsəvvürlər yaranır ki, qeyri-hökumət sektoru həqiqətdə başqa məqsədlə çalışır və onları əhalinin real probleminin həlli maraqlandırmır.

• Əhali və qeyri-hökumət sektoru arasında etibar yaranmır.



Əhali və qeyri-hökumət sektoru arasında etibarsızlıq və ünsiyyət çatışmamazlığının yaranması üçüncü fərqə aparıb çıxarır: Gürcüstandan fərqli olaraq burada heç kim düşünmür ki, kimsə dövlət təhlükəsizlik xidmətinin göndərdiyi agent ola bilər.

Azlıqların məsələləri üzərində çalışan qeyri-hökumət sektorunun nümayəndələri üçün Paata Zakareişvilinin dövlət təhlükəsizlik xidmətinin nazirliklərin fəaliyyətinə necə təsir göstərməsi ilə bağlı bəyanatı yenilik olmayıb.

Daha artığı, azlıqlarla bağlı çalışan qeyri-hökumət təşkilatları arasında ən böyük sual kimin dövlət təhlükəsizlik xidmətinə çalışmasıdır.
Bu sual o, qədər ciddi şəkildə durur ki, çox hallarda ən yaxın dostlar və illər ərzində birgə çalışan həmkarlar belə bir-birinə şübhə ilə baxırlar.

Mənim müşahidəmə görə bu etibarsızlığın və paranoyik qorxunun mənbəyi bir tərəfdən özü haqqında yüksək təəssüratı olan, məzlum və ayrı-seçkiliyə məruz qalan əhali ilə heç bir əlaqəsi olmayan, əhaliyə yuxarıdan aşağı baxan və özünü əhalinin lideri və yeganə xilaskarı hesab edən qeyri-hökumət təşkilatı nümayəndələridir.

Digər tərəfdən isə azlıqların şərtsiz təhlükə hesab olunması və bu məsələ üzərində çalışmağın – gizli agent işi olması mühitini və reallığını yaradan Dövlət Təhlükəsizlik Xidmətidir. 

Bizim heç birimiz (yəqin heç DTX-də) inanmaz ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyindən daha peşəkardır, və ya Amerikanın İstintaq üzrə Federal Bürosundan





ბლოგი ავტორი - ფულბრაიტის პროგრამის სტუდენტი ქამრან მამედოვი



Print Email
FaceBook Twitter Google