Vaxt və dərsliklər - qeyri-gürcüdilli məktəblərdə gürcü dilinin tədrisinə mane olan faktorlar

Etnik azlıqların gürcü cəzmiyyətinə inteqrasiya olmasına mane olan səbəblərdən biri olaraq gürcü dilini bilməməklərini qeyd edirlər. Bu gün verlişimizdə qeyri-gürcü dilli məktəblərdə dövlət dilinin tədrisi səviyyəsini müzakirə edəcəyik. Baxmayaraq ki, indiyə qədər təhsil nazirliyi tərəfindən çox sayda proqram və təşəbbüs həyata keçirilib, Marneulidə dil bilmə səviyyəsi yenə də problem olara qalır.

Qaydaya əsasən isə proqramlar dil tədrisinə dəstək olmalı idi. Şagirdlər 12 il ərzində dövlət dilini öyrənirlər ancaq demək olar ki, dolğun şəkildə danışa bilmirlər. Gəlin mövcud problemdən danışacaq sujeti dinləyək.
Lia müəllim hazırda 8 saylı qeyri-gürcü dilli məktəbin 3-cü sinifində gürcü dərsini tədris edir.

Görünür ki, uşaqlar salamlaşacaqları sözü əzbərləyiblər və təkrar etməyə ehtiyac yoxdur. Müəllimlər deyirlər ki, dövlət dilinin tədrisi zamanı çox çətinliklərlər qarşılaşırlar. Sinifdə şagirdlərin yarıdan çox nəticə əldə edə bilmir. Buna isə qeyri-gürcü dilli mühit və uşaqların çoxsaylı olması mane olur.

“İbtidai siniflərdə uşaqlar 26 sinifə yuxarı siniflərdə isə 32-36 sinifə bölünür. Effektli olmur, nə qədər çalışsaq da diqqətdən kənar qalan olur. Həm də qeyri-gürcü dillidi başa düşürəm ki, hər şeyi nəzərə almaq lazımdır. Tam deyə bilərəm ki, mən azərbaycan dilini öyrəndim” – Lia müəllim deyir.



Şagirdlər yeni materialı yuxarı sinif şagirdlərinin istifadə etdiyi dərsliklərlə və doldurulmuş dəftərlərlə öyrənməli olurlar. Demək olar ki, əksəriyyət hazır materialdan istifadə edir. Bu vəziyyəti isə qeyri-gürcü dilli məktəblərə peşəkar dəstək üzrə məsləhətçi-müəllim Zviad Pipia ağır adlandırır. 12 ildir dərs üçün materialları öz vəsaiti ilə hazırlayır. Ancaq Zviad kimi motivasiyalı müəllim Marneulinin 74 məktəbindən çox azında olar.

“ 2010-2011-ci illərdə nəşr olunan dərsliklərlə öyrədirəm. Keçən il köhnə kitablar qriflənmədən keçmədi və yenisi ilə əvəz olunmadı. Müvafiq olaraq dərsliksiz oxumağa məcburuq. İkinci tərəf daxili tərəfdir. Elə mətnlər olur ki, şagirdin gündəlik həyatına aid deyil. Və heç bir halda həmin mətnləri, frazaları istifadə edə bilməyəcək. Ona görə də maraq və motivasiya aşağıdır”
– Zviad Pipia öz təcrübəsini bizimlə bölüşür.

Yuxarı siniflərdə də sevindirici hal deyil. 11-12-ci sinif şagirdləri bizimlə söhbətdən qaçırlar. Səbəb olaraq isə dil maneəsini qeyd edirlər. Gizliliyi qorumaqla bir neçə şagirdlə söhbət etməyi bacardıq. Gürcü dilini bilməyin vacib olması ilə hamı razılaşır. Ancaq deyirlər ki, qeyri-gürcü dilli məktəblərdə gürcü dilinin tədris səviyyəsi aşağıdır.

“Şox vacibdir, çünki Gürcüstanda yaşayırıq. Əgər gələcəkdə Tbilisidə çalışsaq əlbəttə öz dilimizdə danışmayacağıq. Gələcəyimiz üçün öyrənməliyik”.

“Gürcü dilini öyrənmək bütün Gürcüstan vətəndaşları üçün əhəmiyyətlidir. Burada yaşayırıq, dil də bilməliyik. Dövlət dilini bilməyən adam üçün çalışmaq çətin olacaq. Azərbaycan dilli məktəblərdə gürcü dilini yaxşı tədris etmirlər. Bu isə bizim üçün çox problem yaradır”.

“Mənim üçün önəmli ola ilk növbədə gürcü dilidir. Gürcü dilini çox sevirəm. Ancaq bəzi uşaqlar danışa bilmirlər. Sinif yoldaşlarımın yarıdan çoxu dil bilmir”
– uşaqlar bizimlə söhbət zamanı deyirlər.

Qeyri-gürcü dilli məktəblərdə gürcü dilinin tədrisinə həftədə 5 saat ayrılır. Müəllimlər qeyd edirlər ki, bu vaxt dil öyrənmək üçün tam yetərlidir. Şagirdlərin əksəriyyəti dövlət dilini bilir. Ancaq danışa bilmirlər. N8 saylı ictimai məktəbin cəmi 40 müəllimi var. Onlardan 3 nəfəri sertifikatlıdır. Müəllimlərin əksəriyyəti də gürcü dilini bilmir. Bu səbəbdən müxtəlif inkişaf etdirici təlimlərdə iştirak edə bilmirlər. Marneulidə 74 məktəbdən 58-i qeyri-gürcü dillidir.



Marneulidə gürcü dilini yaxşı öyrənməyin ən yaxşı yollarından biri repetitorun yanına getməkdir. Bu isə orta qiymətlə ayda 50 laridir. Hər ailənin isə buna imkanı çatmır. Alternativ pulsuz yol isə Marneulinin regional tədris mərkəzi Zurab Jvaniya adına məktəbdir. Orada məqsədli qrup olaraq dövlət məmurları nəzərdə tutulub. Şagirdləri isə 16 yaşdan yuxarı qəbul edirlər.

Bizimlə söhbəti zamanı Zurab Jvaniya adına adminstrasiya məktəbinin Marneulinin regional tədris mərkəzinin direktoru Cəmilə Hüseynovanın dediyinə görə, şagirdlər onların mərkəzinə əsasən sıfır səviyyədə gedirlər və dövlət məmurları və abituryentlərin istifadə etdiyi proqramdan istifadə edirlər.

“Bilirsiniz, bizim əsas məqsədli qrupumuz şagirdlər deyil. Əlbəttə şagirdlər də gəlirlər. Bizim əsas məqəsdimiz dövlət məmurlarının hazırlanmasıdır. Sonra əhalidən, müəllimlərdən tələb gəldi ki, onlar da qrup istəyirlər və bunun əsasında yeni qruplar yaratdıq. Şagirdləri 16-yaşdan yuxarı qəbul edirik ona qədər olan yaşda şagirdimiz yoxdur. Əsasən abituriyentlər və yuxarı yaşdakılar gəlir. Hazırda 21 qrup var. Onun 16 qrupu bütün şagirdlərdir”
– Cəmilə Hüseyinova dedi.

Mülki inteqrasiya və millətlər arası əlqələr mərkəzinin icra hakimiyyətinin sədri Şalva Tabatadze qeyri-gürcü dilli məktəblərin vəziyyətini faciəli adlandırır. Onunla yazdığımız müsahibəni sizə təklif edirik.

“Dərsliklərlər bağlı deyə bilərəm ki, qeyri-gürcü dilli məktəblərdə vəziyyət faciəvidir. Burada bir neçə problem var. Birincisi gürcü dili ikinci dil kimi dərsliklərinin məktəblərə əlçatan olmamasıdır” - Şalva Tabatadze dedi.

Qeyri-gürcü dilli məktəbdə dövlət dilinin tədrisi baxımından ciddi problem qarşısında durduğumuzu Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən də etiraf edirlər. Təhsil nazirinin müavini İrina Abuladze qeyri-gürcü dilli məktəbləri təhsil sistemində olan paralel reallıq adlandırır. Abuladze deyir ki, attestat imtahanlarından kəsilən 20-25%-in 20%-i qeyri-gürcü dilli məktəblərə düşür. Başqa tədri splanı və dərslikləri də yoxdur. Məsələ ilə bağlı söhbət aparmaq üçün biz Təhsil nazirliyinin məktəbəqədər və ümumtəhsil departamentinin sədri Mariam Çikobavaya müraciət etdik.

"Qeyri-gürcü dilli məktəblərdə olan problemlərin aradan qaldırılması üçün nazirlik çalışır. Dərsliklərdə bəli qeyd edim ki, əvvəl nələrsə yazılırdı, çəkilirdi ancaq qrifləşdirmə qaydasıa ilə bu qadağan olunub. Yeni dərsliklər elə tərtib olunub ki, onda yazılası, çəkiləsi heç nə yoxdur. Kitabın yanında dəftəri də var və hər il yenilənir. Şagird yalnız dəftərdə çalışır. İndi 2019-2020-ci tədris ilindən kitablar tərcümə olunur və azərbaycan, erməni və rus dilli məktəblərə daxil olacaq” - İrina Abuladze dedi.

O, qeyd etdi ki, qeyri-gürcü dilli məktəblərin keyfiyyətli tədrisini mərhələli şəkildə təmin edəcəklər. Ümid edirəm ki, bu mərhələ uzun sürməyəcək. Çünki etniklərin inteqrasiyasında dil böyük rol oynayır.

Print Email
FaceBook Twitter Google