“Tbilisidən 50 kilometrdə” – xarici mətbuatda “Kəsilmiş təpə” haqqında söhbət zamanı Marneulini yad etmirlər

“Kəsilmiş təpə” (İmir kəndində arxeoloji qazıntıların aparıldığı təpənin adı) – Marneulidə dünyada bir çox ölkə arxeoloqlarının araşdırma mənbəyinə çevrilən yer belə adlanır.


Tarixi məlumatlara əsasən, bu məkan dünyada insanın ilk dəfə yabanı üzüm növü əkdiyi və alınan üzümdən şərab hazırladığı yerdir.

Gürcüstan Elmlər Akademiyasının Simon Caşia adına dövlət muzeyi ekspedisiyaları tərəfindən Marneuli ərazisində Neolit (B.E.Ə. VI minillik) dövrünün abidələrinin araşdırması XX əsrin 60-cı illərində başladı. Qazıntıların aparıldığı təpədə yaşayış tikililəri, müxtəlif əmək alətləri, qab-qacaq, təsərrüfat quyuları və başqa vacib əşyalar aşkar ediblər.

ღვინის ჭურჭელი ყურძნის მარცვლების რელიეფური გამოსახულებით. ხრამის დიდი გორა, ძვ.წ. VI ს. ფოტო: მირიან კილაძე

Marneuli bələdiyyəsinin İmir kəndində “Kəsilmiş təpə”də aşkarlanan qədim şərab qalıqları Amerika Arxeologiya İnstitutunun „Archaeology” adlı beynəlxalq elmi jurnalında 2017-ci ilin 10 ən vacib kəşfləri arasında qeyd olunub.



Tarixi abidənin kəşfi bir çox xarici mətbuatın diqqətini cəlb edib. Tapıntının Marneuli bələdiyyəsində olması mətndə qeyd olunmayıb və “Kəsilmiş təpə” potensial turistlər üçün “Tbilisidən 50 km-də yerləşir”.



Demək olar ki, “Kəsilmiş təpə” məşhurluğunu 2000-ci ildən qazanıb, 2014-cü ildə isə onun tarixi əhəmiyyəti rəsmi olaraq tanınıb. “Kəsilmiş təpə”ni ziyarət edənlərin sayı çox azdır, məsələn, 2017-ci ildə buraya cəmi 40-a yaxın turist gəlib. Yerlilər də bu baxımdan fəal deyillər. Marneulidə demək olar ki, heç bir məktəbin ekskursiya marşrutunda “Kəsilmiş təpəni” görmək olmur.



Baxmayaraq ki, yerli özünüidarəetmədə geniş turist potensialından danışırlar, indiyə qədər İmirin parçalanmış təpəsində konservasiyadan başqa heç nə görə bilməzsiniz. Hər il may ayında, Toronto Universitetinin tədris layihəsi çərçivəsində arxeoloji qazıntılar aparılır. İşlər başa çatdıqdan sonra isə ərazi primitiv qaydada qorunur və bir il ərzində yeni qazıntını gözləyir.


Marneuli meriyasından bildirirlər ki, İmirdəki “Kəsilmiş təpə”-nin üstünlüklərindən biri turizmin inkişafıdır və onun infrastrukturunun qurulması haqqında meriyanın Mədəniyyət Xidmətinin nümayəndəsi Elquca Kupatadze bizimlə bir il əvvəl danışıb.

“Xatırladım ki, biz dünyada ilk dəfə şərab hazırlayan lider ölkəyik. Yaxın gələcəkdə müvafiq infrastrukturun qurulması üçün çalışırıq və orada konservasiya elə olmalıdır ki, ilin bütün fəsillərində turistlər həmin yeri seyr edə bilsin. 8000 il əvvəl adamların necə və hansı şəraitdə yaşadığını, şərab adlanan, üzümdən belə bir mayeni almağın mümkün olduğunu necə düşündüklərini görsünlər.”

Meriya “Kəsilmiş təpə”-nin arxeoloji kompleksinin infrastrukturunun qurulması üçün iyun ayında 101 695 larilik tender elan edib. Qalib şirkət də məlum olub və şirkət tenderlə götürdüyü öhdəlikləri 2019-cu ilin 20 dekabrına qədər yerinə yetirməlidir.


İmirdəki “Kəsilmiş təpə”, Opreti qalası, “Kalapa” – Tserakvi monastır kompleksi, Qoruli kompleksi – bunlar Marneuliyə turistləri cəlb etmək üçün mövcud olan tarixi abidələrin bir hissəsidir. Marneuli meriyası onların tanıdılması üçün bir ildir ki, məlumat köşkü qurub, ancaq köşk fəaliyyət göstərmir.



Meriyadan bildirirlər ki, bu plan tezliklə həyata keçiriləcək, ancaq bu “tezliklə”-nin nə zaman olacağı məlum deyil.

Marneuli meriyasında “tezliklə” yəni, qeyri-müəyyən gələcəkdə, turistlər üçün faydalı olan, həmçinin, İmirdəki “Kəsilmiş təpə” haqqında məlumatları veb-səhifəyə yerləşdirməyi planlaşdırırlar.

USAID həmin yerdə “Zrda” layihəsi çərçivəsində turizmin inkişafına dəstək olmağı planlaşdırır. Bununla bağlı artıq yerli özünüidarələrdə görüşlər keçirilib. Konkret hansı tədbirlərin həyata keçiriləcəyi hələ ki, məlum deyil.



Print