"Hüquqlarımız" – "Məhkəmənin müstəqil olmadığı ölkədə azadlıq mövcud deyil." Mixeil Cavaxişvili
"Məhkəmənin müstəqil
olmadığı ölkədə azadlıq mövcud deyil."
Mixeil Cavaxişvili, Müstəqil məhkəmə, "İveriya" qəzeti,
1906
Ölkəmizdə yaratmaq istədiyimiz liberal-demokratiyanın əsas
xüsusiyyəti hakimiyyətin bölünməsi prinsipidir. Hakimiyyətin
bölünməsi prinsipi dedikdə hakimiyyətin üç qol arasında bölünməsi
nəzərdə tutulur ki, bunlar da qanunverici, icraçı orqanlar və
məhkəmədir.
Ölkəmizdə mühakimə üç instansiyada həyata keçirilir. Birinci
instansiya, ikinci instansiya – yəni apelyasiya və üçüncü və son
instansiya – ali məhkəmə.
Gürcüstanda bu üç instansiyadan başqa daha bir məhkəmə –
Konstitusiya Məhkəməsi də var. Konstitusiya Məhkəməsi 4-cü
instansiya məhkəmə hesab olunmur. O konstitusiya mühakiməsini
həyata keçirir, yəni qanunverici normaların Konstitusiyaya uyğun
olub-olmadığını yoxlayır. Demokratik dövlətdə bu funksiya çox
mühümdür.
Məhkəmə hakimiyyəti dövlətdəki digər hakimiyyət qollarından
müstəqildir və bu hakimiyyəti yalnız məhkəmələr həyata keçirir.
Məhkəmə müstəqil və qərəzsiz olmalıdır.
Mövzu ilə bağlı daha ətraflı "Hüquqlarımız" verilişindən
tanış ola bilərsiniz.
Verilişin aparıcısı hüquqşünas Eduard Marikaşvili.
Azərbaycan dilinə tərcümə Oqtay Kazımov.
Veriliş hər cümə axşamı saat
13:00-da FM96.9 dalğasında efirə gedir.
Verilişin təkrarı isə hər çərşənbə axşamı və şənbə günləri
13:00-da, hər bazar isə 17:00-da efirə gedir.
Verilişin video yazısı "Marneuli" radiosunun Facebook səhifəsinə
yüklənir.
Layihə Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı
çərçivəsində ABŞ səfirliyi tərəfindən maliyyələşdirilir. Verilişdə
səsləndirilən fikirlər müəllifə aiddir və ABŞ Dövlət
Departamentinin mövqeyini əks etdirməyə bilər.
