Ətraf mühitin mühafizəsinin beynəlxalq hüquqda verildiyi məzmununun
əhəmiyyəti ikiqat məsuliyyətlidir.
Çünki bir tərəfdən o təbii mühitin və vəhşi təbiətin qorunmasına
xidmət göstərir. Bu dünya üçün vacibdir. Dİgər tərəfdən isə o,
insanın ekoloji hüquqlarının qorunmasına xidmət göstərir.
Dövlət ətraf mühitin mühafizəsinin və təbii resurslardan rasional
istifadənin qayğısına qalır.
1. Hamının sağlamlıq üçün təhlükəsiz olan mühitdə
yaşamaq, təbii mühitdən və ictimai məkandan faydalanmaq hüququ var.
Hamının ətraf mühitlə bağlı vaxtında, tam məlumat almaq hüququ var.
Hamının ətraf mühitin qorunmasının qayğısına qalmaq hüququ var.
Ətraf mühitin mühafizəsi məsələləri ilə bağlı qərarların qəbul
edilməsində iştirak etmək hüququ qanunla təmin edilib.
2. İndiki və gələcək nəsillərin maraqlarını nəzərə almaqla ətraf
mühitin mühafizəsi və təbii resurslardan rasional istifadə qanunla
təmin olunub.

1996-cı ildə Gürcüstan “ətraf mühitin mühafizəsi haqqında” qanun
qəbul edib.
Gürcüstanın Ətraf Mühit və Təbii Resurslar Nazirliyi özündə
birləşmiş agentliklər yaradılıb ki, Gürcüstanda bio rəngarəngliyi
qoruyub saxlasın. 2005-ci ildə nazirlikdə ətraf mühitin qorunması
müfəttişliyi yaradılıb. Onun yaradılma məqsədi ətraf mühitin
mühafizəsi sahəsindəki pozuntuları aşkarlamaq və aradan qaldırmaq,
eləcə də bu kimi pozuntuları aradan qaldırmaq məqsədi ilə tədbirlər
aparmaqdır.

Sovet Birliyindən miras olaraq qalıb: torpağın deqradasiyası və
erozia, gübrələrlə və ağır metallarla çirkləndirmə, keçmiş hərbi
bazalardan təhlükəli kimyəvi və radioaktiv maddələr.
Davamlı inkişaf doktrinasının məqsədi iqtisadi maraqların və ətraf
mühitin qorunması normaları arasında ədalət balansının
tətbiqidir.
Davamlı sosial inkişaf ilk növbədə hər növ
diskrminasiyanın aradan qaldırlmasını və ictimaiyyətin həssas
üzvlərinin – fiziki imkanları məhdudiyyətli şəxlsərin, qadınların,
azlıqların sosial hüququnu qorumağı nəzərdə tutur. Bunun üçün
adekvat sosial siyasətin olması, işlə təmin etmə və bərabərsizliyin
aradan qaldırılmasına istiqamətlənmiş sistemin yaradılması
mütləqdir.
Davamlı inkişafın iqtisadi aspekti birbaşa ekologiya və ətraf
mühitin mühafizəsi və sosial həmrəyliklə əlaqədardır. Davamlı
inkişaf demək deyil ki, adam texnologiya və industriyanın ona
verdiyi tərəqqidən imtina edir. O, sadəcə çalışır ki, ətraf mühitə
az zərər vuraraq iqtisadi firavanlığı əldə etsin və ictimaiyyətin
firavanlığının qayğısına daha çox qalsın. Kiçik sənayelərin
yaradılması, yerli istehsala dəstək, emal edilmiş materialın (şüşə,
kağız) istehsalda təkrar istifadə olunması iqtisadi inkişafa mane
olmayacaq və gələcək nəsillərin marağına zərər vurmayacaq kiçik
siyahıdır.
Layihə Demokratiya Komissiyasının kiçik qrantlar
proqramı çərçivəsində, ABŞ səfirliyi tərəfindən maliyyələşdirilib.
Nəşriyyatda qeyd olunan fikirlər müəllifə məxsusdur və ABŞ Dövlət
Departamentinin fikrini əks etdirməyə bilər.
