Marneuli gəncləri və onların problemləri – Aktual Mövzu
Boş vaxt keçirmək üçün məkanlar, tələbələr üçün nəqliyyat, yerli və beynəlxalq proqramlar haqqında məlumat – bu verilişimizdə qonaqlarımızla müzakirə edəcəyimix mövzulardır. Verilişin qonaqları Marneuli bələdiyyəsinin Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Göstərmə Xidmətinin rəhbəri Nino Dekanoidze, Marneuli Mülki Məşğulluq Mərkəzinin koordinatoru Mariam Samxaradze, Mülki Məşğulluq və Aktivizm Mərkəzinin nümayəndəsi Naşir Orduxanovdur.


Tələbələrin nəqliyyat problemi ilə bağlı Marneuli meriyasında da məlumat var. Marneuli bələdiyyəsinin Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstək Göstərmə Xidmətinin rəhbəri Nino Dekanoidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, pandemiya başlayana qədər, 2020-ci ildə yerli özünüidarə tələbələrin nəqliyyat məsələsinin həlli üçün Gürcüstan dəmiryolu və Bolnisi bələdiyyəsi ilə danışıqlar aparıb. Dekanoidzenin sözlərinə görə, bu istiqamətdə işlər universitetlər onlayn rejimə keçid alandan sonra dayandırıldı. İndiki mərhələdə Marneuli bələdiyyəsi yeni gənclər proqramı yaradır və proqram 2023-cü ildən qüvvəyə minəcək.

Print Email
FaceBook Twitter Google