"Boxça" verilişi - Milli rəqslər - qonağımız xoreoqraf Aygün Həsənovadır
“Boxça” verilişinin bu həftəki mövzusu milli rəqslərdir. Verilişdə Qafqaz rəqsləri, xüsusilə Azərbaycan və Gürcü rəqsləri barədə söhbət açıldı .

Verilişimizin qonağı xoreoqraf Aygün Həsənova ilə Azərbaycan rəqslərinin tarixi, xüsusiyyətləri, rəqs elementləri, qadın və kişi rəqslərinin fərqli xüsusiyyətləri, rəqslərdə müxtəlif çalğı alətlərindən istifadə olunması, rəqslərdə milli geyimlərdən istifadə olunması haqqında söhbət etdik.

Qonağımız Aygün Həsənova bizlərə “Sarı gəlin”, “Şalaxo”, “Tərəkəmə”, “Bulaq başı”, “Nəlbəki” rəqsləri haqqında məlumat verdi.



Qara Dəniz Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Elmar Xəlilovun müəllif verilişi “Boxça”
Unudulmuş adətlər, tarixi faktlar, dilin zənginliyi, qonaqların düşüncələri və müzakirələr, tarix və müasirlik paraleləri.
Hər cümə axşamı saat 11:15-də Marneuli icma radiosunun efirində
Verlişin təkrarını hər bazar saat 18:00-da dinləyə bilərsiniz.

Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli” radiosu müəllifə təşəkkür edir.
Print