Ədəbiyyat və interpretasiya - Ədəbiyyat haqqında ilk verliş
Ədəbiyyat və interpretasiya. Bədii ədəbiyyatın əhəmiyyəti. Dünya və doğma ədəbiyyatlara mənsub olan bədii mətnlərin təhlili. Paralellər və paradiqmalar Oqtay Kazımovla birlikdə, radio Marneulidə

“Ədəbiyyat və interpretasiya” verlişinin ilk buraxılışında ədəbiyyat haqqında və ədəbiyyat sozünün mənşəyi haqqında danışıldı.
Aristotelin fikrincə ədəbiyyat ümumən liminal yer tutur.
Liminal latın sözü olub astana deməkdir. İki aləm arasındakı astana, bu astananı keçdikdə insan başqa bir aləmə qədəm qoyur. Onun fikrincə ədəbiyyat nə tam fantaziyadı, nədə tam reallıq, ədəbiyyat nə tarix deyil, nədə fəlsəfə.

Bədii ədəbiyyatda isə fantaziya var, lakin demək olmaz ki, bədii ədəbiyyat tam fantaziyadan ibarətdir. Bədii ədəbiyyat sözlər vasitəsi ilə insan həyatını əks etdirir. Bədii ədəbiyyatdakı obrazlar heç də tam uydurulmamışdır. Biz bu obrazlara insanlar içində rast gələ bilərik.

Bəzən belə fikir deyilir ki, bədii ədəbiyyatı oxumaq vaxt itkisidir. Əlbəttdə bu doğru deyil. Fikrimizi Frederick Shclieman nümunəsi ilə təsdiqləyə bilərik. O, arxeoloq deyildi. Homerin “İliada” əsərini oxuyub, coğrafi adlara fikir verəndən sonra, bu yerin varlığından əmin olmuşdu. Doğrudanda O, Troyanın müəyyən qalıqlarını tapdı və bununla da Homerin bu əsərinin tarixi bir hadisənin bədii təsviri olduğunu sübuta yetirdi.

Ədəbiyyat iki yerə bölünür: şifahi və yazılı ədəbiyyat. Şifahi ədəbiyyata folklor yəni müəllifi bilinməyən, xalq arasında yayılmış əsərlər aiddir. Şifahi ədəbiyyatın yazılı ədəbiyyatdan fərqi budur ki, şifahi ədəbiyyat anonim ədəbiyyatdır yəni onun müəllifi məlum deyildir. Şifahi ədəbiyyat yazılı ədəbiyyata nisbətən daha qədimdir. 
Print