“Ədəbiyyat və interpretasiya” Oqtay kazımov- Gilqameş
“Ədəbiyyat və interpretasiya”
verlişinin bugünkü mövzusu “Gilqameş” əsəridir.
Gilqameş bu günə qədər əlimizdə olan ilk bədii əsərdir və
bəşəriyyətin bu ilk bədii əsərindəcə müasir dövrümüz üçün aktual
məsələlər artıq ortaya qoyulmuşdur. Tamamilə cəsarətlə deyə bilərik
ki, Gilqameşdən sonra yazılan bütün bədii əsərlər bir növ onun
təkrarıdır
. Gilqameşdə insan həyatının mənası, dostluq, qadınla ünsiyyət,
qəhrəmanlıq, ölümsüzlük və əbədilik qazanmaq kimi əsas mövzular ön
plandadır.
Gilqameşin özü tarixi şəxs olub və milliyyətcə Şümerdir. O, 47 əsr
bundan əvvəl şahlıq edirdi. Onun adı ilə beş əhvalat məlumdur,
ancaq bu əhvalatlar bir-biriləri ilə bağlı deyillər. Hər biri
müstəqil şəkildə cərəyan edir. Şumerlərdən sonra həmin torpaqlarda
asurlular hömkranlıq etməyə başladılar və e.ə 13-cü əsrdə artıq
akkad dilində həmin əhvalatlar bədiyyət qazanaraq bir-birilə
əlaqələndirirlər. Onun üçün də Şumer və Akkad mətnləri arasında
müəyyən fərqlər var.
Akkad mətninə görə, Şah Gilqameş Uruk şəhərində hökmranlıq edir. O
çox cəsur və ağıllı şahdır. Ancaq onun səltənətində belə bir qayda
var – hər kim evlənsə gəlin gərdək gecəsini ilk dəfə Gilqameşlə
yaşamalıdır. Xalq bundan çox narahatdır və Allahlardan xahiş
edirlər ki, Gilqameşin başını qatsınlar ki, onların arvadlarından
əl çəksin. Allahlar səhrada Enkidu adlı kişi yaradırlar.
Enkidu heyvanlarla böyüdüyü üçün onları qoruyur və ovçuya ov etməyə
imkan vermir. Ovçu bundan narahat olaraq Gilqameşə şikayət edir.
Gilqameş onunla Şamxat adlı kahinə göndərir və qadın Enkidunu
əhliləşdirir. Sonra şəhərə gətirir və O, Gilqameşə müqavimət
göstərir. Heç biri o birini yenə bilmədiyi üçün Gilqameş Enkidu ilə
qardaş olur və bərabər qəhrəmanlıq macəraları axtarmağa gedirlər.
Allahların qərarı ilə Enkidu xəstəlikdən ölür və Gilqameş bundan
çox sarsılır. Anlayır ki, bu dünyada hər şey puçdur. Onun üçün də
ölümsüzlük axtarışına çıxır.
Şumer mətnində Gilqameşin ilk gecə hüququ onun şıltaqlığından
deyil, ilahi bir ritualdan irəli gələn amildir, ancaq akkad dövrü
üçün bu mənfur bir hərəkətdir, onun üçün də sevimli qəhrəmanı
bundan çəkindirirlər, habelə, şumer mətnində Enkidu Gilqameşin
quludur, akkad mətnində isə dostu və qardaşlığı.
Verilişin təkrarını siz 96.9 fm dalğasında bazar günü saat 15:00-da
dinləyə bilərsiz.