"Ədəbiyyat və İnterpretasiya" Oqtay Kazımovun müəllif verlişi - Odisseya son hissə
Ədəbiyyat və İnterpretasiya verlişinin 8-ci buraxılışında Odisseyanın 3-cü və son hissəsindən bəhs olunur .

Odissey məhşur falçı Tiresidən xəbər almaq üçün Aid yəni ölülər aləminə müraciət edəsi olur. O bir çala qazıb ora heyvan qanı tökür və ruhları çağırır.

Odissey orda öz dostlarını və anasını da görür və onlarla söhbətləşir. Tiresi Odisseyin evə qayıda bilməməsinin səbəbinin Təpəgözü öldürdüyü üçün Poseydonun qəzəbli olduğunu deyir və ona tövbə etməyin yollarını açıqlayır.



Bununla yanaşı Odisseyin evindəki əhvalatları da ona danışır. Odissey Tiresidən sonra Aqamemnonun ruhu ilə danışır. Aqamemnon Egist və Klitemnestra tərəfindən öldürlüdüyünü Odisseyə nəql edir. Ondan sonra Axilleslə söhbətləşir.

Axillesin ardınca Patroklun və Nestor oğlu Antiloxun ruhları da gəlirlər. Axilles ən çox oğlu və atası  haqqında soruşur Odisseydən və eşidəndə ki oğlu Neoptolem çox şücaətli və dərrakəli igid olub, Axilles sevinir.

Odisseyi görüb ancaq ona yaxın gəlməkdən imtina edən Telamoni oğlu Ayaksdır. Səbəb isə Axillesin ölümündən sonra keçirilən yarışmalarda Axillesin qılıncı üçün qarşılaşmada Odissey Ayaksı biclik işlədərək yenməsidi. Bu Ayaksı çox qəzəbləndirir və Odisseyi öldürmək istəsə də Afina ağlını əlindən alır və sonunda Ayaks məhv olur. Ayaksın bu cür incik düşməsi Odisseyi də məyus edir.


Bundan sonra Odissey evə qayıdır və orda baş verən əhvalatlar artıq verlişin özündə nəql edilir.
Print Email
FaceBook Twitter Google