"Ədəbiyyat və interpretasiya" Oqtay Kazımovun müəllif verlişi -Kral Edip birinci hissə
Ədəbiyyat və interpretasiya verlişinin 9-cu buraxılışında söhbət Tragediya yəni faciə janrından gedir. Aristotelə görə faciə şərab tanrısı Dionisə həsr olunmuş ditiramflardan yəni mədhiyyələrdən doğmuşdur. Beləliklə teatrın və faciələrin başlanğıcı dini təsəvvürlərə söykənir .

Verlişin ikinci yarısı Esxil və Sofokldan bəhs edir. Farslarla müharibədən qayıdan Esxili öz musiqiçi truppası ilə Sofokl qarşılayır və bu vaxtlar yunan aləminin üçüncü böyük faciə müəllifi Yevripid anadan olur. Qədim yunanlar üçün faciə müqəddəs hesab olunurdu, çünki onun vasitəsi ilə insan katarzisə daha tez çata bilirdi. Verlişin üçüncü hissəsində Oidip/Edipin miflərdə verilmiş əhvalatı söylənilir. Miflərə görə, Fiv kralı Laios Apollonun lənətinə düçar olur.

Apollon onun oğlu olacağını və həmin oğlan tərəfindən öldürüləcəyini deyir. Ancaq bu kifayət deyilmiş kimi həmin oğlan uşağının onun arvadı ilə yəni öz anası ilə evlənəcəyi barədə də xəbər verir. Uşaq dünyaya gələrkən Laios bu dəhşətli aqibət və taledən yayınmaq üçün uşağın öldürülməsini əmr edir.

Ancaq öldürmək üçün verilən şəxs körpəyə qıymır və onu qonşu ölkənin çobanına verir. Həmin çoban isə öz şahı sonsuz olduğu üçün uşağı ona aparır. Uşağın adını Oidipus yəni “ hər iki ayağı şişmiş” qoyurlar. Uşaq böyüdükdə kimsə sərxoş onu “Tullanmış” adlandırır.

Print Email
FaceBook Twitter Google