"Ədəbiyyat və interpretasiya" Oqtay Kazımovun müəllif verlişi- Odisseya ikinci hissə
Ədəbiyyat və İnterpretasiya verlişinin 7-ci buraxılışında Odisseya barəsində nəql və əsərin özündən parçaların oxunması davam edir .

Telemax bu dəfə Menelay və Yelenanın yanına gəlib onlarla söhbət edir. Menelayla Yelena Troya müharibəsini hüzünlə xatırlayırlar və Odisseyə görə qəmginliklərini bildirirlər. Sonra nəql Odisseyin özünə qayıdır və artıq onun macəralarından xəbər verir.

Bütün macəraları içərisində ən maraqlısı təpəgöz Polifemlə qarşılaşmasıdır. Ötən verilişdə Odisseyə Poseydonun məhz Polifemə görə düşmən kəsildiyini və evə qayıtmasına mane olduğunu demişdik. Səbəb Odissey tərəfindən adamyeyən təpəgöz Polifemin kor edilməsidir. Belə bir məqama məhşur qədim dastanımız “Kitabi dədəm Qorqud”-da da rast gəlirik.

“Basat Təpəgözü öldürdüyü boyu bəyan edər” fəslində də çobanla bir pərinin əlaqəsindən doğan Təpəgöz hələ oğuzların içində böyüyür və kaniballığa meyilli olduğu üçün onu qovurlar. O böyüyərək insan yeməyə davam edir.

Nə qədər hücum edirlər bir kar hasil olmur, çünki onun bədəninə qılınc ox təsir göstərmir. Onu yalnız şir südü əmmiş Basat adlı igid yenə bilir. Ancaq Odisseyada olduğu kimi Basat da onu gücü ilə deyil, ağlı ilə məğlub edə bilir.


Print Email
FaceBook Twitter Google