Ədəbiyyat və interpretasiya
verlişinin 10-cu buraxılışında birbaşa Kral Edip əsərindən bəhs
olunur. Fiv şəhərinə xəstəlik yayılır və bunun səbəbi, kəhanətə
görə, Şah Laiosun qatilinin Fiv şəhərində yaşayaraq böyük günah
işləməsindədir. Qatil tapılıb ya ölümə məhkum olunmalı ya sürgün
edilmədir
.
Kral Edip qatili axtarmağa başlayır. Bunun üçün falçı Tiresiyası
çağıtdırır. Tiresiyas Edipin hüzuruna təşvişlə gəlir. Səbəbi isə
böyük, ancaq dəhşətli bir həqiqəti bilməsindədir. O, Edipə
həqiqətin onun üçün acı olacağını deyir, Edip təkid etdikdə isə
cinayətkarın Edipin özünün olduğunu deyir. Edip onu dəli sanır və
düşünür ki Tiresiyasın arxasında öz qaynı Kreon durur. Edip Kreonu
sürgünə göndərir.
Ancaq məlum olur ki, Şah Laios üç yol ayrıcında öldürülüb. Edip də
həmin yerdə adamları öldürdüyünü xatırlayır. Həmin qətldə bir adam
sağ qurtara bilmiş və indi çoban olaraq kənddə yaşayırmış. Onu
həmin cinayətin şahidi kimi çağırırlar. Çoban da qorxa-qorxa gəlir,
çünki Edipdən çəkinir. Çobanı dindirdikdə məlum olur ki, O Edipi
tanıyır və Laiosun Edip tərəfindən öldürüldüyünü bilir. Bu Edip
üçün böyük bir zərbə olur.
Bu minvalda Korinfo krallığından qasid gəlir ki atan Polibi ölüb və
xalq səni şahlığa dəvət edir. Edip qorxur ki, atası ölmüş olsa da
anası ilə evlənmək təhlükəsi yenə sovuşmayıb. Ancaq qasid deyir ki,
sən narahat olma, zira onlar sənin həqiqi valideynlərin deyildilər,
üstəlik səni mənə həmin bu çoban vermişdir və bu əllərimlə səni Şah
Polibiyə aparmışam. Burda Edipə hər şey məlum olur. Demə əslində O
Laiosla İyokastın oğlu imiş. Atasının qatili, anasının əri,
övladlarının isə qardaşıdır. Edip İyokastın intiharından sonra öz
əlləri ilə öz gözlərini çıxarır.
Kral Edipin faciəsi məhşur psixoloq Ziqmund Freydi ilhamlandıraraq
onun Edip kompleksi adlı nəzəriyyəsinə səbəb olmuşdur. Edip
kompleksinə görə oğlan üşağı təhtəlşüuri olaraq anasına qarşı cinsi
istək bəsləyir və buna görə atasından nifrət edir.
Edip kompleksi böyük səs-küyə səbəb olaraq öz ətrafında həm
müdafiəçilərini, həm də tənqidçilərini toplaya bilmişdir.
Ədəbiyyatşünaslar Edip kompleksi nəzəriyyəsindən istifadə edərək
bədii mətn qəhrəmanının hərəkətlərini izah etməyə
çalışırlar."Ədəbiyyat və İnterpretasiya" Oqtay Kazımovun müəllif
verlişi - Kral Edip ikinci hissə
Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay Kazımov
“Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat 18:30-da
ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə
aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər
cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.
Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli”
radiosu müəllifə təşəkkür edir.