"Ədəbiyyat və İnterpretasiya" Oqtay Kazımovun müəllif verlişi - Arqonavtika ikinci hissə
“Arqonavtikanın” birinci hissəsi
igidlərin falçı Fineylə görüşü ilə tamamlanmışdı. Finey onlara
bir-birilə toqquşan iki qaya arasından keçməli olduqlarını demişdi.
İgidlər qayalardan keçməyə müvəffəq olurlar. Biz birinci hissədən
bilirik ki Yasonun məqsədi Qızıl qoç dərisini əldə etməkdir
.
Qızıl qoç dərisinin tarixçəsi belədir – Eol oğlu Friks Yunanıstanı
tərk edərək Kolxidaya Kral Eetə pənah aparır. Friks ora Qoç
üzərində gedir. Eet Friksi öz qızı Kalkiopa ilə evləndirir.
Hermesin məsləhəti ilə Friks qoçu qurban kəsir.
Qoçun dərisi qızıla çevrilir. Friksin Kalkiopadan dörd oğlu olur.
Oğlanlar böyüdükdə ata yurdlarına qayıtmaq istəyirlər və dəniz
fırtınası ucbatından bir ada yaxınlığında gəmiləri məhv olur və
özləri də güc-bəla ilə həmin adaya çıxırlar. Yason həmin adada
onları tapır və Friksin oğulları onunla birlikdə Kolxidaya geri
qayıtmağa razı olurlar.
İgidləri Hera ilə Afina himayə edirlər. Hər ikisi işin çox qəliz
olduğunu yaxşı anlayırlar, çünki Eet həm bir hökmdar kimi, həm də
bir insan kimi çox güclüdür –heç kim onunla bacarmır. Buna görə də
ilahələr qərar verirlər ki, Yasona qadın vasitəsi ilə kömək
etsinlər. Eetin qızı Medeyaya Yasonun sevgisini aşılamaq üçün onlar
Afroditanın yanına gedib oğlu Erosu Medeyanın yanına göndərməsini
xahiş edir. Afrodita Erosu dilə tutaraq buna razı salır.
İgidlər gəmilərini qamışlıqda gizlədərək Eetin sarayına gəlib
çıxırlar.
Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay
Kazımov “Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat
18:30-da ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə
aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər
cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.
Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli”
radiosu müəllifə təşəkkür edir