Verilişlər
"Ədəbiyyat və İnterpretasiya" Oqtay Kazımovun müəllif verlişi - Arqonavtika son hissə
“Arqonavtikanın” üçüncü hissəsində igidlərin Eetin sarayına gəlişin şahidi oluruq. İgidlərlə görüşən Eet onların məqsədlərini bildikdə hirsindən boğulur və öz nəvələrini yəni Kalkiopanın oğlanlarını cəsus hesab edərək ürəyində yamanlayır .

Eet onları dərhal öldürmək istəsə də qonaqpərvərlik qanunlarını pozmaqdan çəkinir. Onun üçün də Yasona çətin bir tapşırıq verir – Yason Eetin od püskürən öküzlərini bir təhər bounduruğa qoşaraq bir çöllüyü şumlamalı, əjdaha dişlərini ora əkməli və həmin dişdən çıxan döyüşçüləri məğlub etməlidir. Bu tapşırığı Eetin özü bir gün ərzində asandca yerinə yetirə bilir. Yason vahiməyə düşsə də üzə vurmur və vidalaşdıqda Eros Medeyanın qəlbinə oxunus sancaraq onu Yasona aşiq edir.

Medeya olduqca maraqlı bir simadır – O, təbabətlə məşğuldur və hər cür dərman hazırlaya bilir. Medeyanın köməyi ilə Yason bu tapşırıqları yerinə yetirir, ancaq hamı üçün məlum ölur ki, Eet yenə Qoç dərisini vermək fikrində deyildir.

Onun üçün də Medeyanın köməyi ilə həmin dəriyə keşik çəkən əjdahanı dərmanla ovsunlayıb yatırdaraq Qoç dərisini qaçırırlar. Bundan hadisələr sürətlə inkişaf edir və Yasonla Medeya Arqolularla birlikdə onları təqib edən Kolxida donanmasından orda-burda gizlənirlər və bu səyahətlər həm ağır və faciəvi şəkildə inkişaf edir. Fiziki ölümlərdən əlavə Medeyanın faciəsi bir də vətənini xain və qardaş qatili kimi tərk edərək yadlar arasında yaşamasıdır. Ancaq Medeyanın gələcək faciələrini artıq Yevripid qələmə almışdır.




Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay Kazımov “Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat 18:30-da ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.
Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli” radiosu müəllifə təşəkkür edir.

FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Bu
gün
Bu gün "Marneuli" radiosunun canlı efirində yayımlanan "Sizin maraq dairəniz" verilişinin qonağı Rübabə Muxtarova oldu.
"Marneuli" radiosunun canlı efirində yayımlanan "Sizin maraq dairəniz" verilişinin qonağı Gürcüstan Texniki Universitetinin 4-cü kurs tələbəsi Dürdanə Xudiyeva oldu.
Bilik Çarxı verilişinin aparıcısı Gülgün
Məmmədxanova dinləyicilərə Azərbaycanda və Şərqdə ilk feminizm,
qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını
qoymuş ictimai xadim Cəlil Məmmədquluzadə haqqında
danışdı.
Bilik Çarxı verilişinin aparıcısı Gülgün Məmmədxanova dinləyicilərə Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim Cəlil Məmmədquluzadə haqqında danışdı.
Bu
gün,
Bu gün, "Marneuli" radiosunun canlı efirində yayımlanan, "Sizin maraq dairəniz" verilişinin qonağı QHT nümayəndəsi Səbinə Talıbova oldu.
Bilik Çarxı verilişinin aparıcısı Gülgün
Məmmədxanova dinləyicilərə tarixdə
Bilik Çarxı verilişinin aparıcısı Gülgün Məmmədxanova dinləyicilərə tarixdə "Holokost" kimi daxil olan Almaniyanın faşizm dövründə baş verən yəhudi qətliamı haqqında danışdı.
Bu
gün,
Bu gün, "Marneuli" radiosunun canlı efirində yayımlanan "Sizin maraq dairəniz" verilişinin qonağı, Gürcüstan Parlamenti tərəfindən təşkil olunan Təcrübə proqramının Marneulili rəhbəri Təmkin Nağıyev oldu.
Bu
gün
Bu gün "Marneuli" radiosunun canlı efirində yayımlanan "Sizin maraq dairəniz" verilişinin qonağı müğənni Şaban Məmmədov oldu.
Bu
gün, Bilik Çarxı verilişinin aparıcısı Gülgün Məmmədxanova
dinləyicilərə ən böyük hədəfi 15-20 il ərzində Marsa insan
göndərmək və orada münasib həyat şəraiti yaratmaq olan, bəşəriyyət
tarixi boyu çox müxtəlif sahələrdə köklü və inqilabi dəyişikliklər
edən
Bu gün, Bilik Çarxı verilişinin aparıcısı Gülgün Məmmədxanova dinləyicilərə ən böyük hədəfi 15-20 il ərzində Marsa insan göndərmək və orada münasib həyat şəraiti yaratmaq olan, bəşəriyyət tarixi boyu çox müxtəlif sahələrdə köklü və inqilabi dəyişikliklər edən "Elon Mask" haqqında danışdı.