Ədəbiyyat və interpretasiya
"Ədəbiyyat və interpretasiya" Oqtay Kazımovun müəllif verlişi- Antiqona ikinci hissə
Ədəbiyyat və interpretasiya verlişinin 12-ci buraxılışında Antoqonadan söhbət yenə davam edir. Bu verlişdə artıq bilavasitə Sofoklun əsərinə müraciət olunaraq, mətndəki mükalimələr səsləndirilir .

Antiqona bəşəriyyət tarixində bizə qədər gəlib çatan, vətəndaş itaətsizliyinə həsr olunmuş ilk əsərdir. İtaətsizliyinin səbəbi isə öz şəhərinə müttəfiqlərlə birlikdə haqq tələb etmək üçün yürüş düzəldən Polinikesin cəsədinin basdırılmasına Kreon tərəfindən qadağanın qoyulması, ancaq buna baxmayaraq Antiqonanın yenə də onu dəfn etməsi olur. Antiqonanı həbs edərək Kreonun yanına gətirirlər.

Kreon verdiyi sərəncama əsasən onu öldürməyə qərar verir. Antiqona ölümdən qoruxmadığını və həmin hərəkəti yenə də edəcəyini söyləyir. Kreon bir hökmdar kimi özünü təhqir olunmuş hiss edir və Antiqonanın öldürülməsini əmr edir.

Antiqonanı öldürmək üçün apardıqda Kreonun yanına falçı Tiresiyas gəlir və Antiqonanı nahaq yerə öldürmək üçün göndərməyinin böyük səhv və bu səhvin Kreona baha başa gələcəyini söyləyir. Bu cür kəhanətdən hürkmüş Kreon Polinikesin cəsədini dəfn etdirir və Antiqonanı öldürmək fərmanını ləğv etmək üçün tələssə də artıq çox gec olduğu məlum olur. Bundan sonra artıq Kreonun faciəsi başlayır.

Verlişdə həmin faciədən və Antiqona əsərinin daha diqqətəlayiq məqamlarından bəhs olunur.




Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay Kazımov “Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat 18:30-da ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.
Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli” radiosu müəllifə təşəkkür edir.


FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Poemanın əvvəlində biz Eneyi və
troyalıları Karfagendə (indiki Tunis) Kraliçə Didonun yanında
görürük. Dido Finikiyalıdır və O, Sixevsin arvadı idi. Ancaq Sixevs
Didonun qardaşı tərəfindən öldürülür
Poemanın əvvəlində biz Eneyi və troyalıları Karfagendə (indiki Tunis) Kraliçə Didonun yanında görürük. Dido Finikiyalıdır və O, Sixevsin arvadı idi. Ancaq Sixevs Didonun qardaşı tərəfindən öldürülür
Ədəbiyyat və interpretasiya verlişinin bu buraxılışı Virgilinin
Eneyda poemasına həsr olunur. Müəllifin adı latınca Publius
Vergilius Marodur və O, qədim Romanın bir nömrəli ədibi hesab
olunur. O, özünün Eneyda əsəri ilə məhşurdur
Ədəbiyyat və interpretasiya verlişinin bu buraxılışı Virgilinin Eneyda poemasına həsr olunur. Müəllifin adı latınca Publius Vergilius Marodur və O, qədim Romanın bir nömrəli ədibi hesab olunur. O, özünün Eneyda əsəri ilə məhşurdur
Ədəbiyyat və interpretasiya verlişinin 11-ci buraxılışında Sofoklun
Antiqona faciəsindən bəhs olunur. Antiqona mahiyyət etibarı ilə
Kral Edip üçlüyünün (trilogiyasının) sonuncu hissəsidir (“Kral
Edip”, “Edip Kolonosda” və “ Antiqona
Ədəbiyyat və interpretasiya verlişinin 11-ci buraxılışında Sofoklun Antiqona faciəsindən bəhs olunur. Antiqona mahiyyət etibarı ilə Kral Edip üçlüyünün (trilogiyasının) sonuncu hissəsidir (“Kral Edip”, “Edip Kolonosda” və “ Antiqona
Yevripid üç böyük qədim yunan faciə
müəlliflərindən biridir. O, e.ə 484-406 illərdə yaşamışdır.
Yevripidin özünəməxsusluğu qəhrəmanlarını olduqları kimi təqdim
etməkdir. Onun qəhrəmanlarının trajiklikləri öz xasiyyətlərindən
irəli gəlir
Yevripid üç böyük qədim yunan faciə müəlliflərindən biridir. O, e.ə 484-406 illərdə yaşamışdır. Yevripidin özünəməxsusluğu qəhrəmanlarını olduqları kimi təqdim etməkdir. Onun qəhrəmanlarının trajiklikləri öz xasiyyətlərindən irəli gəlir
“Arqonavtikanın” üçüncü hissəsində
igidlərin Eetin sarayına gəlişin şahidi oluruq. İgidlərlə görüşən
Eet onların məqsədlərini bildikdə hirsindən boğulur və öz
nəvələrini yəni Kalkiopanın oğlanlarını cəsus hesab edərək ürəyində
yamanlayır
“Arqonavtikanın” üçüncü hissəsində igidlərin Eetin sarayına gəlişin şahidi oluruq. İgidlərlə görüşən Eet onların məqsədlərini bildikdə hirsindən boğulur və öz nəvələrini yəni Kalkiopanın oğlanlarını cəsus hesab edərək ürəyində yamanlayır
“Arqonavtikanın” birinci hissəsi
igidlərin falçı Fineylə görüşü ilə tamamlanmışdı. Finey onlara
bir-birilə toqquşan iki qaya arasından keçməli olduqlarını demişdi.
İgidlər qayalardan keçməyə müvəffəq olurlar. Biz birinci hissədən
bilirik ki Yasonun məqsədi Qızıl qoç dərisini əldə etməkdir
“Arqonavtikanın” birinci hissəsi igidlərin falçı Fineylə görüşü ilə tamamlanmışdı. Finey onlara bir-birilə toqquşan iki qaya arasından keçməli olduqlarını demişdi. İgidlər qayalardan keçməyə müvəffəq olurlar. Biz birinci hissədən bilirik ki Yasonun məqsədi Qızıl qoç dərisini əldə etməkdir
Rodoslu Apoloniosun “Arqonavtika”
əsəri bir çox cəhətdən diqqətamizdir. Bu əhvalat kiçik olsa da
öz-özlüyündə bir silsilə təşkil edir. “Arqo” gəminin adıdır,
“Arqonavtika” isə Arqo haqqında əhvalat deməkdir
Rodoslu Apoloniosun “Arqonavtika” əsəri bir çox cəhətdən diqqətamizdir. Bu əhvalat kiçik olsa da öz-özlüyündə bir silsilə təşkil edir. “Arqo” gəminin adıdır, “Arqonavtika” isə Arqo haqqında əhvalat deməkdir