"Ədəbiyyat və interpretasiya" Oqtay Kazımovun müəllif verlişi- Antiqona ikinci hissə
Ədəbiyyat və interpretasiya verlişinin 12-ci buraxılışında Antoqonadan söhbət yenə davam edir. Bu verlişdə artıq bilavasitə Sofoklun əsərinə müraciət olunaraq, mətndəki mükalimələr səsləndirilir .

Antiqona bəşəriyyət tarixində bizə qədər gəlib çatan, vətəndaş itaətsizliyinə həsr olunmuş ilk əsərdir. İtaətsizliyinin səbəbi isə öz şəhərinə müttəfiqlərlə birlikdə haqq tələb etmək üçün yürüş düzəldən Polinikesin cəsədinin basdırılmasına Kreon tərəfindən qadağanın qoyulması, ancaq buna baxmayaraq Antiqonanın yenə də onu dəfn etməsi olur. Antiqonanı həbs edərək Kreonun yanına gətirirlər.

Kreon verdiyi sərəncama əsasən onu öldürməyə qərar verir. Antiqona ölümdən qoruxmadığını və həmin hərəkəti yenə də edəcəyini söyləyir. Kreon bir hökmdar kimi özünü təhqir olunmuş hiss edir və Antiqonanın öldürülməsini əmr edir.

Antiqonanı öldürmək üçün apardıqda Kreonun yanına falçı Tiresiyas gəlir və Antiqonanı nahaq yerə öldürmək üçün göndərməyinin böyük səhv və bu səhvin Kreona baha başa gələcəyini söyləyir. Bu cür kəhanətdən hürkmüş Kreon Polinikesin cəsədini dəfn etdirir və Antiqonanı öldürmək fərmanını ləğv etmək üçün tələssə də artıq çox gec olduğu məlum olur. Bundan sonra artıq Kreonun faciəsi başlayır.

Verlişdə həmin faciədən və Antiqona əsərinin daha diqqətəlayiq məqamlarından bəhs olunur.




Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay Kazımov “Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat 18:30-da ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.
Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli” radiosu müəllifə təşəkkür edir.


Print