"Ədəbiyyat və interpretasiya" Oqtay Kazımovun müəllif verlişi- Eneyda ikinci hissə
Poemanın əvvəlində biz Eneyi və troyalıları Karfagendə (indiki Tunis) Kraliçə Didonun yanında görürük. Dido Finikiyalıdır və O, Sixevsin arvadı idi. Ancaq Sixevs Didonun qardaşı tərəfindən öldürülür .

Əvvəllər Didonun bundan xəbəri yoxdur, ancaq əri yuxusuna gəlir və bütün əhvalatı danışaraq Didonun da özünü yaxşı aqibət gözləmədiyini deyir. Acı taledən qorunmağın yeganə yolu ordan qaçmaqdır və Dido belə də edir. Ancaq Didonun qardaşının zülmünə tab gətirə bilməyən əhali də Didonun arxasınca gedir və Karfagendə bir dövlət yaradırlar. Bir halda ki Karfagen Yunonanın (Heranın) himayəti altındadır Eneyin anası Venus (Afrodita) Dido Eneyə bir zərər verməsin deyə cəld tərpənərək oğlu Amura (Erosa) Didoya Eneyi sevdirməyi tapşırır.

Biz Odisseyada Telemaxın Nestorun və Menelayın yanına getdiyini, onlardan Troya müharibəsi əhvalatlarını öyrəndiyini bilirik. Eneyda da isə biz Troyanın məhv olunmasını Eneyin dilindən eşidirik.




Gürcü dili və ədəbiyyatı filoloqu, tərcüməçi Oqtay Kazımov “Marneuli” radiosunun dinləyicilərini hər cümə axşamı saat 18:30-da ədəbi kitabların qəhrəmanları ilə birgə müxtəlif əsrlərə aparır.
Oqtay Kazımovun müəlliv verilişi “Ədəbiyyat və interpretasiya” hər cümə axşamı saat 18:30-da “Marneuli” radiosunun efirində.
Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli” radiosu müəllifə təşəkkür edir.


Print